Quzçuluq Cəmiyyəti xaricdən idxal olunmuz məhsullardan əlavə dəyər vergisinin ləğvini istəyir

img

21-04-2009 [03:26]


?Dünyada davam edən böhran bizə o qədər də təsir etməyib. Sadəcə olaraq, böhranla əlaqədar istehsal olunan məhsulun qiyməti aşağı düşüb. Bu da istehsala mənfi təsir göstərir və bu nöqteyi-nəzərdən müəssisələr ziyanla işləyir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev deyib. Onun sözlərinə görə, bir neçə quşçuluq müəssisəsi hələ böhrandan əvvəl bağlanıb: ?Bunlar Mərdəkan və Goradil quşçuluq müəssisələridir. Amma bizi ən çox narahat edən məsələ istehsal olunan məhsulun hətta maya dəyərindən də aşağı satılmasıdır?. A.Vəliyev belə çətinliklərin aradan qaldırılması üçün hökumətə bir neçə dəfə müraciət etdiyini də bildirib: ?Əvvəl də müraciət etmişik, bir daha müraciət etmək fikrimiz var. İqtisadiyyatımızın inkişafı üçün xaricdən idxal olunmuş məhsullardan əlavə dəyər vergisinin ləğv edilməsini istəyirik.?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA