Dünyadakı böhran Azərbaycanın bəzi müəssisələrini çökdürüb

img

20-04-2009 [07:59]


[b]?Qlobal maliyyə böhranının dünyaya bir neçə fazadan təsiri olub. Bu təsirlər Azərbaycan müəssisələrindən də yan keçməyib. Böhrandan daha çox ixrac yönümlü müəssisələr əziyyət çəkir?.[/b] Bu sözləri Müstəqil İnformasiya Agentliyinə İqtisadi Tədqiqatlar Mərkəzinin sədr əvəzi Vüsal Qasımlı ölkəmizdə bir neçə müəssisənin bağlanmasına münasibət bildirərkən deyib. Ekspertin sözlərinə görə, dünyadakı qlobal iqtisadi böhranla əlaqədar əhalinin alıcılıq qabiliyyəti aşağı düşdüyündən, bu tip müəssisələrə təsir göstərir: ?Bundan əlavə, böhran xidmət sektoruna aid olan müəssisələrə də təsir edir. Tikinti şirkətləri və ayrı-ayrı tikinti materialları istehsal edən müəssisələrdə də böhranın izlərini görmək olur. Ancaq elə müəssisələr var ki, böhranın onların fəaliyyətinə müəyyən müsbət təsirləri var. Buna misal olaraq, çörək və digər un məmulatları istehsal edən müəssisələri göstərmək olar. Çünki baş verən hadisələrlə əlaqədar bu məhsullarda qiymət enmələri var. Bütövlükdə götürdükdə, mən deməzdim ki, qlobal böhranın Azərbaycanda kiçik və orta sahibkarlığa təsiri Rusiya, Ukrayna, Ermənistan və Qazaxıstandakı qədərdir. Bunun da bir çox özünəməxsus səbəbləri var. Məsələn, Qazaxıstanın ümumdaxili məhsulu ilə müqayisədə onun xarici borcu çoxdur. Qazaxıstanın təxminən 105 milyard dollara qədər xarici borcu və eləcədə, 40-45 milyard dollarlıq valyuta ehtiyatı var. Ancaq Azərbaycanda bu problemlər elə də ciddi deyil. Bizim ümumdaxili məhsulla müqayisədə valyuta ehtiyatlarımız çoxdur və xarici borcumuz azdır. Yəni bu, istər-istəməz bir makroiqtisadi şərt olaraq, böhranın Azərbaycanda olan müssisələrə yuxarıda qeyd etdiyim ölkələrdəki qədər təsirinin qarşısını alır?. İqtisadçı-ekspert deyib ki, böhran dövlətin nəzarətində olan bir neçə müssisələrə də təsir göstərə bilər. Onun sözlərinə görə, hökumətin nəzarətində olan bir nömrəli müəssisə Dövlət Neft Şirkətidir ki, o da böhrandan ciddi ziyan çəkir: ?Çünki ARDNŞ-in satdığı həm xam neft, həm də neft məhsullarının qiyməti dünya bazarında aşağı düşüb. Bu da ARDNŞ-in gəlirlərinə birbaşa mənfi təsir göstərir. Buna görə də adıçəkilən qurum bir sıra investisiya layihələrini müvəqqəti təxirə salmaq məcburiyyətində qaldı. Bundan başqa, ?Azərkimya? şirkətinə daxil olan müəssisələrə də böhranın təsiri böyük oldu. Daşınma şirkətlərinə də nəzər yetirsək, görərik ki, istər hava, istər quru, istərsə də dəniz nəqliyyatının gəlirləri və daşınmaların həcmi ayrı ?ayrılıqda aşağı düşüb?. V.Qasımlı böhranın MDB ölkələrilə müqayisədə Azərbaycana daha az təsir etdiyini nəzərə çatdırıb. Onun qənaətincə, bu kimi amillər ölkədə heç vaxt kütləvi işsizlik yaratmayacaq: ?Azərbaycan qüdrətli iqtisadiyyatı olan dövlətdir. Onun kifayət qədər valyuta ehtiyatları var və borcu azdır. Ona görə də Azərbaycanda heç vaxt sosial partlayış olmayacaq. Əgər indiki şəraitdə anti-böhran proqramını həyata keçirə bilsək və lazımi tədbirlər görülsə, Azərbaycan regionun digər ölkələrinə nisbətən özünün iqtisadiyyatını böhrandan daha rəqabətə davamlı şəkildə çıxara bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA