Yeni Kia Cerato Kupe ?Nümayizdə ən yaxzısı? adına layiq görülüb

img

20-04-2009 [05:24]


Keçən həftə Nyu-Yorkda keçirilən Avto Şouda 2010-cu ilin tamamilə yeni Kia Cerato Kupe avtomobili ABŞ-ın avtomobil haqqında yazan nüfuzlu veb saytı olan MSN Autos-un redaktorları tərəfindən ?Nümayişdə ən yaxşısı? adına layiq görülmüşdür. Siyahıda yer alan nəqliyyat vasitələri gözəl üslub, dəyər və ümumi potensial xidmətlərinə görə dəyərləndirilib. Kia Motors Amerikanın Marketinq üzrə Vitse Prezidenti Maykl Spreyq bildirib ki, Nyu-York Avto Şou bir sıra konsept və məhsulların təqdimatı olub. Və MSN Autos veb saytı yeni Cerato avtomobilini cəsarətli üslubuna və böyük dəyərinə görə ?Nümayişdə ən yaxşısı?adına layiq görüb. ?Artıq istehsal olunmuş şəhər sərnişinləri üçün nəzərdə tutulan Soul və qısa bir zamanda buraxılacaq Cerato sedanın birləşməsini təşkil edən tamamilə yeni Cerato Kupe yeni fərqli və cəlbedici Kia dizaynının tam göstəricisidir?. İstehlakçılara hərtərəfli araşdırma, alış və sahibkarlıq xidmətlərini təklif edən onlayn avtomobil saytlarının ən iri qlobal şəbəkəsi olan MSN Autos yeni Cerato Kupe avtomobilini yaxşı dəyərə əsaslanan hamar üslub və geniş təkliflərinə görə qiymətləndirib. Tamamilə yeni iki qapı da rəqabət qüvvəsi və yanacağa qənaətinə görə qiymətləndirilib. 2 forması mövcud olan Cerato Kupe əzələli və məharətli, təkmilləşdirilmiş dizayna malikdir. Honda Civic Coupe, Ford Focus Coupe və ya Chevrolet Cobalt Coupe avtomobillərindən daha qüvvətli olan Cerato Kupe EX 2.0 litrlik DOHC dörd silindrli mühərriklə idarə olunaraq, 156 at gücü istehsal edir və 144 Nm fırlanma anına malikdir. SX isə təkmilləşdirilmiş və quraşdırılmış 2.4 litrlik dörd silindirli mühərrikə malikdir və bu mühərrik 173 at gücü istehsal edir və 168 Nm fırlanma anına malikdir. Bu isə Scion tC-dən çoxdur. Hər iki mühərrik an azı hər qallona 31 mil (maqistral yollarda) istehsal edir, yanacaq qənaəti ya 5-pilləli mexaniki ötürücü və ya 4-pilləli avtomatik ötürücü ilə cütləşərək 20 litrə 25/34 (qarışıq rejimdə) təşkil edir. Ən qüvvətli 2.4 litrlik mühərrik qənaətcil 22/32 mpg (hər qallona 22/32 mil) 6-pilləli mexaniki ötürücünü və 5-pilləli avtomatik ötürücü ilə isə 23/31 təklif edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA