Məcburi köçkünlər 2010-cu il yanvarın 1-dək dondurulmuz əməkhaqqlarını alacaqlar

img

17-04-2009 [04:48]


Azərbaycan Respublikasının Nazirlər Kabineti 2009-cu il aprelin 9-da ?Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə 2009-cu ildə orta aylıq əməkhaqqı verilməsi haqqında? qərar qəbul edib. Nazirlər Kabinetinin bu barədə məlumatında qeyd edilir ki, 2009-cu il yanvarın 1-dən etibarən qüvvəyə minmiş bu qərara əsasən büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə orta aylıq əmək haqqı verilməsi müddəti 2010-cu il yanvarın 1-dək uzadılıb. Həmin qərarda aidiyyəti nazirliklərə, dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə məcburi köçkünlərin müvafiq boş iş yerlərində işə qəbulu ilə bağlı lazımi tədbirlərin görülməsinin daha da gücləndirilməsi barədə konkret tapşırıqlar verilib

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA