?Akkord? öz izçilərini geri çağırıb

img

16-04-2009 [07:29]


[b]Afaq Quliyeva: ?İşçilərin məzunuyyətə göndərilməsinin böhranla əlaqəsi yoxdur?[/b] ?Akkord? Şirkətlər Qrupunun 1500 işçisi öz hesabına məzunuyyətə göndərilib, lakin bunun böhranla heç bir bağlılığı yoxdur?. Bu barədə ?Akkord? Şirkətlər Qrupunun mətbuat xidmətini rəhbəri Afaq Quluyeva AJAŞ Xəbər-in müxbiri ilə söhbətində bildirib. A.Quliyevanın sözlərinə görə, infrastruktur layihələrində işləyən işçilər dekabr-yanvar aylarında havaların soyuq keçməsi ilə əlaqədar məzuniyyətə göndərilib, sonradan isə yenidən geri çağırılıb: ?Hətta şirkətə yeni işçilər də dəvət olunub. Ağır texnikayla bağlı daha çox elanlarımız var, çünki ağır texnika ilə işləyən mütəxəssislərin sayı azdır. Kateqoriyası olanlar çoxdur, ancaq onlar əsasən sovet texnikası ilə işləyiblər. Müasir texnika avtomatlaşdırılmış olduğu üçün istifadə zamanı problemlər yaranır?. Şirkət sözçüsü belə problemlərin yaranmaması üçün şirkət tərəfindən kurslar açıldığını da bildirib: ?Kursu bitirənlərdən nəticəsi müsbət olanlar işə dəvət olunublar, müsbət olmayanlar isə qəbul ola bilməyiblər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA