Anti-böhran proqramının həyata keçirilməsi tezləzdirilməlidir

img

16-04-2009 [03:26]


?Azərbaycanın imkanları var ki, dünyada baş verən böhran ölkə iqtisadiyyatından yan keçsin. Yəni maliyyə imkanlarını səmərəli şəkildə yönəltmək lazımdır ki, müəssisələr bağlanmasın. O cümlədən də bank sisteminə yardımlar edilməlidir. Hökumətin söz verdiyi anti-böhran proqramı tez işlənilib həyata keçirilməlidir ki, ciddi təhlükələrlə üz-üzə qalmayaq?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycandakı bəzi iri müəssisələrin bağlanmasına münasibət bildirən Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının üzvü, tanınmış iqtisadçı Vahid Əhmədov deyib. O, həmin müəssisələrin bağlanmasını dünyada baş verən böhranla əlaqələndirib. V.Əhmədov böhranın ölkəmizə cüzi təsir etdiyini də bildirib: ?Düzdür, bəzi dövlət rəsmiləri böhranın ölkəmizə təsirini etiraf edirlər. Lakin böhranın ölkəmizə az təsir etməsindən ötrü bir sıra tədbirlər həyata keçirildi. Məsələn, bank sistemində faizlər xeyli aşağı salındı, o cümlədən ehtiyat fondlarından da istifadə edilir. Ona görə də hökumət vaxtında tədbirlər görsə, ölkədə həm müəssisələrin bağlanmasının, həm də işsizliyin qarşısı alınar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA