Azərbaycan bazarlarında insan səhhəti üçün zərərli oyuncaqlar satılır

img

14-04-2009 [07:42]


Rusiya da daxil olmaqla, bir çox ölkələrdə Çin istehsalı olan oyuncaqların satışı qadağan edilib. Ancaq buna baxmayaraq, həmin oyuncaqlar ölkəmizdə satılmaqdadır. Müstəqil İnformasiya Agentliyinə (mia.az) açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, Çin Xalq Respublikası 4 ildən artıqdır ki, Ümumdünya Ticarət Təşkilatına üzvdür: ?Mən keçən ilin oktyabr ayında Vaşiqtonda səfərdə olarkən Ümumdünya Ticarət Təşkilatının mərkəzi ofisində Çinin istehlakçı siyasətinin olmamasını və bütün dünya ölkələrinin bazarlarını çirkləndirməklə məşğul olduğunu bildirdim. Çin alverçiləri təkcə paytaxtda deyil, respublikanın ən ucqar yerlərində belə öz işlərini görürlər. Güman edirəm ki, burada ticarətdən daha çox siyasət var. Çin istehsalı olan təhlükəli oyuncaqların bazara daxil olmasına bir çox aidiyyatı qurumlar məsuliyyət daşıyır. Çünki kiçik yaşlı vətəndaşlarımız tədrici zəhərlənmənin qurbanları olurlar. Ona görə də bu məsələdə Gigiyena orqanları, İqtisadi İnkişaf Nazirliyinin Bazara Nəzarət üzrə Dövlət qurumu, eləcə də Gömrük orqanları ciddi tənqid edilməlidir?. AİB sədri bu məsələ ilə bağlı onlara azad monitorinqlər keçirməyə imkan verilmədiyini də bildirib. Onun qənaətincə, AİB hər bir istehlakçının malik olduğu hüquqlardan təxminən 40 faiz aşağı səviyyədə işləyir: ?AİB yaranandan bəri sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun komandası həmişə bizə mane olub. Ümumiyyətlə, ölkədə istehlakçı siyasəti olmadığından, bizim istənilən addımımız biznesə müdaxilə kimi qiymətləndirilir. Lakin bütün bu çətinliklərə baxmayaraq, biz mövcud situasiyanın dəyişilməsinə nail oluruq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA