Müəllimlərə satılan kompüterlərin qiyməti məlum oldu

img

14-04-2009 [02:54]


Xəbər verildiyi kimi, aprelin 10-dan başlayaraq Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri, HP və ?Microsoft? şirkətlərinin birgə təşkilatçılığı ilə Azərbaycanda ?Xalq kompüteri? layihəsinin icrasına başlanılıb. Dörd aylıq pilot layihə çərçivəsində respublikanın ümumtəhsil məktəblərinin müəllimlərinə güzəştli şərtlərlə noutbuk və kompüterlər satılacaq. Layihə müəllimlər arasında ciddi maraq doğursa da, təhsil işçilərinin əksəriyyəti İKT avadanlıqları almaq üçün nə etmək lazım olduğunu bilmirlər. Bununla bağlı Təhsil Nazirliyinə hər gün çoxlu müraciət ünvanlanır. Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov Müstəqil İnformasiya Agentliyinə bildirib ki, hər müəllim layihə çərçivəsində yalnız bir növ kompüter əldə edə bilər. Dünəndən başlayaraq Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirliklərinin sayıtlarında layihə müqaviləsinin elektron variantı yerləşdirilib. Layihəyə qoşulmaq istəyən müəllim həmin müqavilənin surətini çap etdirməli, onu dolduraraq imzalamalı və məktəbin direktoruna təsdiq etdirməlidir. Təsdiq edilmiş müqavilə Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinə və ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinə göndərilməlidir. Müqavilə yoxlanıldıqdan sonra satıcı-?BestComp Group? şirkəti tərəfindən təsdiq edilir. Bundan sonra müqavilənin bir nüsxəsi və sifariş edilmiş kompüter alıcının-müəllimin ünvanına (müəllimin işlədiyi məktəbə) poçt vasitəsilə çatdırılır. Daha sonra alıcı müqavilə ilə birlikdə ən yaxın poçt şöbəsinə müraciət edərək, müvafiq hesaba hər ay müqavilədə qeyd olunan məbləği ödəməlidir. Qeyd edək ki, layihənin təşkilatçıları ictiaiyyətə bəyan ediblər ki, müəllimlərə təklif edilən noutbuk və kompüterlər bazar qiymətlərindən 25-30 faiz aşağı olacaq. Amma apardığımız araşdırma göstərib ki, layihə çərçivəsində təklif olunan İKT avadanlıqlarının qiymətləri bazar qiymətlərilə təxminən üst-üstə düşür. Müstəqil İnformasiya Agentliyinə məlum olub ki, satıcı şirkət müəllimlərə qiyməti 499, 599 və 699 AZN olan üç növ HP noutbukları və qiyməti 599 olan bir növ stolüstü kompüter təklif edir. Hər növ İKT avadanlığına 100 saatlıq internet kartı da daxildir. Alıcı sifariş etdyi AKT avadanlığının dəyərini 12 ay ərzində hissə-hissə ödəməlidir. Müqaviləyə əsasən, ödəmənin hər gecikdirildiyi gün üçün alıcıya 0,2 faiz cərimə hesablanacaq. Ödəmənin gecikdirilməsi 60 günü keçdikdə isə şirkət alıcıya qarşı müvafiq qanunvericiliyə uyğun tədbirlər görmək hüququna malikdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA