ARDNŞ-ə ayrılan 200 milyon manat birmənalı qarzılanmır

img

13-04-2009 [08:21]


Dünyada davam etməkdə olan iqtisadi böhran Azərbaycanın da iqtisadiyyatına öz təsirlərini göstərməkdədir. Lakin buna baxmayaraq, Azərbaycan hökuməti ölkənin ən gəlirli sahəsi olan Dövlət Neft Şirkətinə (ARDNŞ) 200 milyon manat vəsait ayırıb. Bir çox ekspertlər isə bu məsələyə birmənalı yanaşmırlar. Milli Məclisin iqtisadi siyasət daimi komitəsinin üzvü, tanınmış iqtisadçı Vahid Əhmədov Müstəqil İnformasiya Agentliyinə deyib ki, dünyada baş verən proseslər Azərbaycana qismən də olsa, təsir göstərir. İqtisadçının sözlərinə görə, bu təsirlərin yalnız hansı ölkəyə daha çox və ya hansı ölkəyə cüzi təsir etdiyini söyləmək olar: ?Düzdür, Azərbaycan Avropaya inteqrasiya etmiş ölkə olduğu üçün ona da təsirləri var. Böhranın ölkəmizdən təsirsiz ötüşməsi üçün həm hökumət, həm də ölkə başçısı tərəfindən müəyyən tədbirlər görülməkdədir. Bundan başqa, maliyyə bazarlarına buraxılan əlavə vəsait hesabına manatın kursu sabit saxlanıldı. Bütün bunlar ümumilikdə müəyyən qədər böhranın ölkəmizdən yan keçməsinə səbəb oldu. Ancaq buna baxmayaraq, ?böhranın ölkəmizə təsiri yoxdur? demək də düzgün olmazdı. Çünki bir sıra müəsissələrdə işsizlik problemi baş alıb gedir. Tikinti birjalarında, bank sektorunda kreditlə bağlı müəyyən problemlər var?. V.Əhmədov ARDNŞ-in özünün vəsaiti olan bir təşkilat olduğunu nəzərə çatdırdı. Onun sözlərinə görə, neftin ixracı heç vaxt dayandırılmayıb: ?Neftdən gələn vəsaitin müəyyən hissəsi Neft Şirkətinə daxil olub. Mən deyərdim ki, Neft Şirkəti bir sıra layihələrin işlənməsində iştirak edir və ora vəsait ayırır. Bu, istər rayonlarda, istərsə də xarici ölkələrdə reallaşdırılır. Ola bilsin ki, 200 milyon manat məhz bu məqsədlə ayrılııb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA