?Nabukko?nun reallazdırılması sual altına düzüb

img

13-04-2009 [08:17]


[b]Bəzi dövlətlər üçün Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri daha cəlbedici görünür[/b] İtaliyanın xarici işlər naziri Franko Frattini bildirib ki, Türkiyə-Yunanıstan-İtaliya qaz kəmərinin inşası (İTG) layihəsi ?Nabukko? ilə müqayisədə daha əhəmiyyətli, manesiz və qısa müddət ərzində icra edilə bilər. İqtisadçı-ekspert İlham Şaban isə Müstəqil İnformasiya Agentliyinə deyib ki, Azərbaycanda nə qədər çox boru kəməri olarsa, bir o qədər satış imkanları genişlənər: ?Əgər Azərbaycan o qazı öz sərhədində satırsa, bu, onu o qədər də maraqlandırmamalıdır ki, hansı layihə tez icra olunacaq və ya hansı daha çox əhəmiyyətlidir. ARDNŞ-in prezidenti Rövnəq Abdullayev də açıqlayıb ki, Azərbaycan ilk növbədə kommersiya maraqları güdür. Yəni kommersiya maraqlarını güdülməkdə məqsəd odur ki, ?Şahdəniz?in ikinci layihəsi həddən artıq kapital görümlü bir layihədir. Məsələn, əgər birinci mərhələyə 5 milyard dollar kapital qoyulmuşdusa, indi söhbət ikinci mərhələnin reallaşdırılmasına 20 milyard avrodan gedir. Ona görə də qoyulan sərmayəni çıxarmaq üçün öz qazının yaxşı qiymətə satması Daşa vacibdir?. İ.Şaban da bu baxımdan Türkiyə-Yunanıstan-İtaliya kəmərinin hal-hazırda ?Nabucco? ilə müqayisədə daha tez reallaşan layihə olmasını təsdiqlədi: ?Çünki qazın real alıcısı da var və həcmləri də açıqlanıb. Demək olar ki, artıq bu kəmərin Türkiyə-Yunanıstan hissəsi hazırdır. Hətta həmin kəmərin prezidentlər səviyyəsində açılışında da dövlət başçımız İlham Əliyev iştirak edərək, öz siyasi dəstəyini vermişdir. Ona görə də istənilən hazır layihə kağız üzərində olan layihədən daha cəlbedicidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA