Maliyyə Nazirliyində narahatlıq var

img

12-04-2009 [08:25]


[b]Bir neçə şöbə və idarə rəislərinin vəzifələrindən azad ediləcəyi bildirilir [/b] Prezident İlham Əliyevin 9 fevral 2009-cu il tarixli "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında" fərmanından sonra Maliyyə Nazirliyində baş verən struktur dəyişikliyi və işçilərin ümumi say tərkibinin Nazirlər Kabineti tərəfindən təsdiqlənməsinə baxmayaraq, hələ də sözügedən nazirliyin bəzi vəzifəli şəxsləri üçün təhlükə sovuşmayıb. Bu barədə Maliyyə Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşlarından biri məlumat verib. Onun sözlərinə görə, təxminən 2 ay əvvəl Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən bəzi qurumlar ləğv edilərək, onların bazasında yaradılan Dövlət Borcunun İdarə Edilməsi Agentliyi, Dövlət Maliyyə ?əzarəti Xidməti və Dövlət Sığorta ?əzarəti Xidməti, Dövlət Xəzinədarlığı Agentliyi, Qiymətli Metallara və Qiymətli Daşlara ?əzarət Dövlət Xidmətinə xeyli yeni işçilər cəlb edilib: "Buna paralel olaraq, köhnə işçilərdən çoxları yeni qurumların rəhbərləri tərəfindən işlə təmin edilməyiblər. Xüsusilə də Dövlət Xəzinədarlığı Agentliyində belə problemlər özünü daha qabarıq göstərib. Həmin agentliyin baş direktoru Nadir Qarayev xəzinədarlıq sisteminə özünə yaxın şəxsləri yerləşdirib və bu proses getdikcə güclənir. Üstəlik, Nadir Qarayev sələfi Qafar müəllimi çətin vəziyyətdə qoyacaq addımlar da atır. O, hazırda bütün rayonlar üzrə xəzinədarlığın fəaliyyətini təftiş etdirir. Amma bu, qeyri-rəsmi şəkildə həyata keçirilir. Bu isə o qənaəti yaradır ki, agentliyin yeni rəhbəri sələfi barədə kompromat toplayır. Görünür, sələfinin yerlərdəki kadrlarının ona hər zaman problemlər yaradacağını düşünür". Müsahibimiz qeyd edir ki, nazirlikdə uzun illər aparıcı fiqur kimi özlərini təsdiqləyən şöbə rəislərini xəzinədarlıq sistemində qeyri-rəsmi aparılan bu təftişlərdən daha çox, öz taleləri maraqlandırır: "Çünki Samir Şərifov onların nəzarətində olan sahələri yoxlatdırır. Bu isə o deməkdir ki, hər an bir neçə şöbə rəisləri "vurula" bilər. Artıq son 7-8 ildir ki, fəaliyyətləri təftiş olunmayan rayon maliyyə idarələrinin hamısında yoxlamalar aparılır. Bu yoxlamaların sonunda isə bir neçə rayonun maliyyə idarəsinin rəisi işdən azad edə bilər". Müsahibimiz bu ehtimalın yüksək olmasını həmin rayonlarda aparılan yoxlamaların müddətinin xeyli uzanması ilə əlaqələndirir: "Təxminən fevral ayının əvvəllərində nazirin verdiyi əmrlə yoxlamanın müddəti 30 iş günü nəzərdə tutulmuşdu. Ancaq artıq bəzi rayonlarda bu müddət 2 ayı keçib. Həmin rayonların maliyyə idarələrinin rəisləri və onların nazirlikdəki himayədarları bunu mart ayında olan 10 günlük bayramla bağlamağa çalışırlar. Lakin həqiqət belə deyil". Hazırda nazirin əmr ilə Saatlı, Ağdam, İmişli və digər rayonların maliyyə idarələrində aparılan təftişlərin sırasına yaxın günlərdə yenilərinin də əlavə olunacağını deyən mənbənin sözlərinə görə, bu proseslərin sonunda Saatlı və Laçın rayonlarının maliyyə "boss"larının vəzifələrindən getməsi qaçılmazdır: "Bu ehtimalı gücləndirən faktor Saatlı rayonunda aparılan yoxlamalar zamanı çoxsaylı faktların aşkarlanması, üstəlik, rayonun icra başçısı Siracəddin Cabbarovun da idarə rəisi Mirkamil müəllimlə yola getməməsidir. Təsəvvür edin ki, bu yaxınlarda icra başçısının rəhbərliyi ilə rayon büdcəsinin vəziyyəti müzakirə olunub, amma maliyyə idarəsinin rəhbərini ora dəvət etməyiblər. Yəqin ki, Azərbaycan reallığını az-çox bilənlər bundan doğru analiz çıxara bilərlər. O ki qaldı Laçına, burada vəziyyət fərqlidir. Yəni həmin rayonunun maliyyə idarəsinin rəisi Zülfüqar Cabbarovun "vurulması" Samir Şərifovdan aslı deyil. Onunla da rayonun icra başçısı Ramiz Cəbrayılov yola getmir. Hətta referendumdan bir neçə gün əvvəl onların arasında dava da olub və bu hadisə yuxarı dairələrin diqqətindədir. Bu məsələyə görə icra başçısı hakim dairələr tərəfindən ciddi tənbeh edilərək, qurtula biləsə də, bunu Zülfüqar Cabbarova aid etmək olmaz. Çox güman ki, başçıya görə Samir Şərifov onu da "vuracaq". Nazir adətən belə məsələlərdə işçilərini qoruya bilməyib. Ola bilər ki, Laçın maliyyəsini yoxlatdırıb, bu addımı atacaqlar".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA