?Azərbaycan iqtisadiyyatı rəqabətə davamlı deyil?

img

11-04-2009 [06:46]


?Azərbaycan iqtisadiyyatı rəqabətə davamlı deyil, çünki Azərbaycanda rəqabətli bazar iqtisadyyatı yoxdur, kəskin inhisarçılıq mövcuddur?. Bu barədə iqtisadçı ekspert Azər Mehdiyev AJAŞ Xəbər-in müxbiri ilə söhbətində bildirib. ?Sahibkarlığın inkişafı ciddi dərəcədə qüsurludur. Çünki ölkədə qanunun işləməməsi, müstəqil məhkəmə sisteminin olmaması mülkiyyət toxunulmazlığına zəmanəti təmin edə bilmir, ona görə də təşəbbüskarlığın stimullaşdırılmasında ciddi problemlər var?. Azər Mehdiyev, həmçinin ölkə iqtisadiyyatının bir məhsuldan - neftdən asılı olmasını da rəqabət qabiliyyətinə əngəl yaradan səbəb kimi göstərib: ?Ölkə iqtisadiyyatının 97 faizini neft və neft məhsulları təşkil edir. ÜDM istehsalında neft sektorunun payı rəsmi məlumatlara görə 80 faizə çatır. Büdcənin formallaşmasında isə neft sektorunu payı 70 faiz civarındadır. Belə bir şəraitdə ölkə iqtisadiyyatının rəqabət qabiliyyətindən danışmaq qeyri mümkündür?. Azər Mehdiyev Azərbaycan höküməti iqtisadi böhranla əlaqədar heç bir şirkətə dotasiya ayırmadığınıda vurğulayıb. Ekspert, Dövlət Neft Şirkətinin nizamnamə kapitalının artırılmasına ayırılan pul istisna olmaqla, rəsmi olaraq heç bir şirkətin böhrandan şıxmasına yardım üçün pul ayrılmadığını, bu barədə rəsmi açıqlama olmadığını bildirib. Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi A.Dvorkoviç Rusiya iqtisadiyyatının inkişafı və yeni yaranmış şirkətlərin böhrandan çıxması üçün dövlət tərəfindən maliyyə dəstəyinin ayırılması təşəbbüsü ilə çıxış edib. AJAŞ Xəbər-in müxbiri də ?Azərbaycanda da belə təşəbbüslə çıxış ediblərmi? sualıyla ekspertə müraciət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA