Sumqayıtda 586 liftdən 562-si istismar olunur

img

10-04-2009 [01:06]


Sumqayıtın 60 illik yubiley tədbirləri ilə əlaqədar olaraq bu il şəhərin yaşayış binalarında 15 yeni liftin quraşdırılması, istismar müddəti ötmüş 20 liftin yenisi ilə əvəz edilməsi və istismarda olan 85 liftin əsaslı təmiri nəzərdə tutulub. Bu barədə Sumqayıt şəhər ?Lifttəmir? idarəsindən məlumat verilib. Cari ilin mart ayı ərzində şəhərin binalarında 10 liftdə cari təmir işləri aparılıb. Qeyd edək ki, ümumilikdə Sumqayıtda mövcud olan 586 liftdən 562-si istismardadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA