Kia Motors-un yeni modeli KiA Soul bir neçə mükafat alıb

img

09-04-2009 [03:25]


Kia Motors-un yeni modelləri həmişə diqqət mərkəzində olub. Son illər Kia modellərindəki yeni dizayn və dəyişikliklər isə Şirkətə dünyanın nüfuzlu mükafatlarını qazandırıb. KIA-nın ən son modellərindən olan Soul isə həm dizayn və görünüş, həm də texniki göstəricilərinə görə dünyanın ən yaxşı avtomobilləri sırasına daxil olub. Aprel ayının ilk günlərində Kia Soul ABŞ-ın Ward Avtomobil Dünyasında ?İlin daxili görünüşü? siyahısında ?Cəlbedici daxili görünüş? adına layiq görülüb. 2010-cu ilin tam yeni dizaynda, şəhər sakinləri üçün hazırlanmış SOUL geniş təhlükəsizlik və rahatlıq, ?ən gözəl görünüş? və ?ən yaxşı dəyər? xüsusiyyətlərinə görə seçilib. Bu Soul-un 2009-cu ildə tək uğuru deyil. Kbb.com saytında 2010-cu ilin Soulu ABŞ-ın ?Kelly Blue Book? Təşkilatının həftəlik ?5 Ən yaxşı avtomobil siyahısı?na daxil edilib. Soul qabiliyyət və dəyər kombinasiya, cəlbedici qiymət təklifi xüsusiyyətlərinə görə bu siyahıya daxil edilib. Kia-nın gözəl görünüşə malik bu krosover nəqliyyat vasitəsi həm də Almaniyada keçirilən 2009-cu ilin avtomobillərinin dizayn yarışında dünyanın tanınmış ?red dot? dizayn mükafatına layiq görülən ilk Koreya avtomobili olub. Qeyd edək ki, son illər Kia Motors Şirkəti bütün diqqətini əsasən dizayna yönəldib və bu həm Soul, həm də qarşıdan gələn 2010-cu ilin Kia Cerato avtomobilinə də aiddir. Xüsusi qeyd: Avtomobilin audio sisteminin xüsusi dizayn elementləri olan Soul az detallı cihazlar panelinə məxsusdur. Üç düyməli cihaz kombinasiyası LCD iluminasiya (çıraqban) və SIRIUS Peyk Radiosu cəhətləri ilə quraşdırılmış AM/FM/CD/MP3 audio sistemlərinə daxil olmanı təmin edən və 3 ay əla xidmətlə təmin edilir. Standart USB çıxışı ilə yanaşı, audiosistemdən və köməkçi iPod kabeli ilə sükanda yerləşən düymələr vasitəsi ilə idarə edilə bilən iPod və MP3 ilə köməkçi qoşulma sistemi də mərkəzi paneldə quraşdırılıb. Sərnişinlər həm də avtomobilin model və üslubdan zövq alacaqlar. Soul+ avtomobili, üzərində ?parlayan? Soul loqotipi olan əla növ qara parça ilə örtülmüş oturacaqlara məxsusdur. Soul! Avtomobili isə fərqlənən tünd qum rəngli və naxışlı interyeri təqdim edir. Soul sport isə aydın tünd qırmızı rəngdə olan və qırmızı parça ilə örtülmüş oturacaqları və metalla bəzədilmiş interyeriilə seçilir. İnsanın əhval-ruhiyyəsini daha da yaxşılaşdırmaq üçün Audio Təkmilləşdurmə Paketi (Soul+ avtomobili üçün əlavə verilən, Soul! Və Soul sport avtomobilləri üçün isə standartdır) musiqinin tərzinə uyğun olaraq bərq vuran və ya sadəcə interyeri dekorativ işıqlandıran kolonkalar təklif edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA