Daxili bazarda əmtəə nizanı saxta olan mallar artıb

img

09-04-2009 [03:02]


Daxili bazarda haqsız rəqabət üsullarından istifadə hallarına qarşı mübarizə tədbirləri davam etdirilsə də, problemlər qalmaqdadır. Bu sahədə aparılan təhlillər göstərir ki, qanun pozuntuları əsasən rəqibin təsərrüfat fəaliyyətinin təqlidi və istehlakçıların çaşdırılması formasında baş verir. İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Dövlət Xidmətindən bildirilib ki, son illər aşkar olunmuş qanun pozuntularının 25-30 faizini rəqibin təsərrüfat fəaliyyətinin bu və ya digər formada təqlidi, 60 faizi istehlakçıların çaşdırılması təşkil edir. Xidmətdən bildirilib ki, əmtəə nişanlarının təqlidi və saxta malların buraxılması, idxalı nəticəsində yol verilən qanun pozuntuları da çox geniş yayılıb. Araşdırmalar nəticəsində Azərbaycanın daxili bazarında ?Mars İncor porated?, ?JVC?, ?Coca-cola?, ?Procter and Gamble?, ?Microsoft? kimi tanınmış şirkətlərin, xarici ölkələrin məşhur ?Raks, ?ABC?, ?Aroma?, ?Sandora?, ?Artemsol?, ?Makfa?, ?MKM?, ?Borjomi? əmtəə nişanlarının, yerli müəssisələrə məxsus ?Qaradağ sement?, ?Lider?, ?Mətanət?, ?Badamlı?, ?Qax, ?Səbuhi? brendlərinin təqlidi, saxtalaşdırılması yolu ilə haqsız rəqabət hallarına daha çox rast gəlinib. 2004-2008-ci illər ərzində İqtisadi İnkişaf Nazirliyində bu sahəyə aid 250-dən çox işə baxılıb. Təhlillər göstərib ki, haqsız rəqabətə yol verilməsi ilə bazara çıxarılan malların böyük əksəriyyəti Çin mənşəəli mallardır. Antiinhisar Dövlət Xidmətindən belə hallarla mübarizə tədbirlərinin gücləndirildiyi qeyd edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA