Sumqaytda 70050 elektrik, 31500 su sayğacı qurazdırılıb

img

09-04-2009 [02:56]


Hazırda Sumqayıt şəhərində elektrik enerjisindən istifadə edən güzəştsiz əhali kateqoriyası üzrə 71709 nəfər abunəçi var. ?Sumqayıtelektrikşəbəkə? ASC-nin Sumqayıt Elektrik Şəbəkə Rayonunun rəisi Həmid Alqayev bildirib ki, şəhər üzrə ümumilikdə 70050 ədəd elektrik sayğacı quraşdırılıb. Sumqayıtda içməli sudan istifadə edən güzəştsiz əhali kateqoriyası üzrə 57400 nəfər abunəçi var. Bu barədə ?Azərsu? SC-nin Su ölçü cihazlarının istismarı təsərrüfatı və su satışı müəssisəsinin Sumqayıt filialından məlumat verilib. İndiyədək Sumqayıt şəhəri üzrə ümumilikdə 31500 su sayğacı quraşdırılıb. Əhali qrupundan olan abunəçilərin 54,9 faizi sayğacla təmin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA