Ali məktəblərdə çalızan alimlər nə qədər əməkhaqqı alırlar?

img

08-04-2009 [03:11]


Hazırda Azərbaycandakı 36 dövlət ali təhsil müəssisəsində 12155 müəllim çalışır. 14 özəl ali məktəbdə isə 1968 pedoqoji işçi var. Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili şöbəsindən MİA-ya verilən məlumata görə, ölkədə ali məktəblərdə 832 elmlər doktoru, 4248 elmlər namizədi çalışır. Nazirliyin iqtisadiyyat şöbəsindən isə bildirilib ki, hazırda ail təhsil müəssiəssində çalışan professor 520 manat, dosent 435 manat, elmlər doktoru olan kafedra müdiri 690 manat, elmlər doktoru olan dekan 760 manat aylıq əməkhaqqı alır. Nazirlikdən deyiblər ki, Boloniya Bəyannaməsinin müddəalarına uyğun olaraq, ali təhsil sisteminin yeniləşdirilməsi və təhsilin keyfiyyətinin ümumavropa tələblərinə uyğunlaşdırılması prosesi davam etdirlir. Hələlik 21 ali məktəbdə 30 ixtisas üzrə kredit sistemi tətbiq edilir, 15 ali və 6 orta ixtisas təhsili müəssisəsi akkreditasiyadan keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA