Şahmar Mövsümov Dövlət Vəsaitlərinin idarəedilməsi Fondlarının Beynəlxalq izçi Qrupunun iclasında iztirak edib

img

07-04-2009 [12:48]


2009-cu il aprelin 5-6-da Küveyt şəhərində Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti Dövlət Vəsaitlərinin İdarəedilməsi Fondlarının Beynəlxalq İşçi Qrupunun iclasında iştirak etmişdir. İclasda Dövlət Vəsaitlərinin İdarəedilməsi Fondlarının Beynəlxalq Forumunun yaradılması haqqında qərar qəbul edilmişdir. Beynəlxalq Foruma üzvlük Dövlət Vəsaitlərinin İdarəedilməsi Fondları üçün açıqdır. Forumun ilk iclasının cari ilin oktyabr ayında Azərbaycan hökuməti və Azərbaycan Respublikası Dövlət Neft Fondunun təşkilatçılığı ilə Bakı şəhərində keçiiləcəyi elan edildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA