Dövlət komitəsi 7 müəssisənin tam qapadılmasına nail olub

img

06-04-2009 [06:34]


Cari ilin mart ayı ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müfəttişləri Dövlət nəzarəti planına əsasən Bakı şəhərində 20 təsərrüfat subyektində araşdırma aparıblar. Bunlardan 10-u təkrar xarakter daşıyıb. Komitənin mətbuat xidmətindən MİA-ya bildirilib ki, isteklakçıların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərini qorumaq, məhsulların keyfiyyəti, insanın həyatı, sağlamlığı və ətraf mühitin təhlükəsizliyi sahələrinə tələblərin, metroloji qayda və normaların pozulmasının qarşısını almaq məqsədilə keçirilən monitorinq zamanı bir sıra qanun pozuntuları aşkar edilib. Həmin nöqsanların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə 9 iradnamə, normativ sənədlərin tələblərinə cavab verməyən ümumi dəyəri 3894 manat olan məhsul partiyasının satışının qadağan olunması barədə 25 tələbnamə verilib, o cümlədən, istehsal prosesinin tələblərini pozaraq antisanitariya şəraitində məhsul istehsal edən 7 müəssisədə məhsul növünün istehsalı və satışı tam qadağan edilib. Bunlar unlu qənnadı məmulatlar, süd məhsulları və qənd istehsal edən müəssisələrdir. Digər 3 müəssisədə isə verilmiş iradnamələr üzrə nöqsanların aradan qaldırıldığı məlum olub və istehsalın davam etdirilməsi üçün icazə verilib. Monitorinqlər davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA