Piyada səkiləri qanunsuz dayanacaqlara çevrilib

img

06-04-2009 [06:31]


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, paytaxt üzrə 500 mindən çox nəqliyyat vasitəsi qeydiyyatdadır. Rayonlardan gəlib-gedən maşınlar da nəzərə alınsa, onda Bakı şəhərində hərəkət edən nəqliyyat vasitələrinin sayının daha çox olduğu qeyd edilməlidir. Nəqliyyatın çoxluğu paytaxta əlavə problemlər yaradıb. Şəhərdə avtomobillərin sayı o qədər artıb ki, sürücülər onları saxlamağa yer tapmırlar. Xüsusilə, Bakının mərkəzi hissəsindən keçən yolların kənarları, piyada səkiləri avtomobil dayanacaqlarına çevrilib. ?Hazırda paytaxtın bir neçə yerində inşa olunan yeraltı avtomobil dayanacaqlarında məqsəd həm tıxacların azaldılması, həm də maşınların küçə və səkilərdə dayanmasının qarşısını almaqdır?-deyə Nəqliyyat Nazirliyi katibliyinin rəisi Namiq Həsənov bildirib. Yeraltı dayanacaqlar paytaxtın bir çox yerlərində, o cümlədən Sahil bağında, Səməd Vurğun küçəsində tikilir. Üç və daha çox mərtəbədən ibarət olacaq bu qarajların hər birində 500 avtomobilin saxlanılması mümkün olacaq. Nəqliyyat Nazirliyi 2009-cu ildə Bakıda yeraltı dayanacaqların sayının 10-a çatdırılmasını nəzərdə tutur. Bununla paralel cari ildə paytaxtda yerüstü avtomobil dayanacaqlarının da tikilməsi planlaşdırılır. Nəqliyyat Nazirliyinin planına görə, 2011-ci ilədək paytaxtın bütün böyük küçələrində bu cür dayanacaqlar inşa edilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA