Bakıda metrologiya məsələlərinə dair beynəlxalq toplantı keçiriləcək

img

06-04-2009 [06:27]


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Avrasiya Metrologiya Orqanı olan COOMET-in növbəti illik toplantısı bu ilin 19-22 may tarixlərində Bakı şəhərində olacaq. Bununla əlaqədar beynəlxalq təşkilata üzv ölkələrin metrologiya sahəsindəki orqanların rəhbərləri, Beynəlxalq Ölçü və Çəki Bürosunun üzvlərinin Azərbaycana səfəri planlaşdırılır. Dövlət Komitəsindən MİA-ya bildirilb ki, toplantının ilk günü etalonlar üzrə texniki komitənin iclasına həsr olunacaq. Sonrakı iki gündə isə COOMET üzvləri illik hesabatlarını təqdim edəcək, yeni təklif və planları müzakirə olunacaq. Qeyd edək ki, COOMET təşkilatı ölçü cihazlarının metroloji xüsusiyyətlərinin uyğunlaşdırılması üzrə fəaliyyət göstərir. Təşkilata 17 ölkə üzvdür. Azərbaycan 2007-ci ildən COOMET-in tam hüquqlu üzvü qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA