Nazir Hüseynqulu Bağırovun sərəncamına 5 milyon manat vəsait verildi

img

03-04-2009 [08:09]


Prezident Ilham Əliyev, ?Bakı şəhərinin yaşillaşdirılması sahəsində əlavə tədbirlər haqqında? sərəncam imzalayıb. Sənəddə deyilir ki, son illər Azərbaycanın müxtəlif bölgələrində ekoloji vəziyyətin, o cümlədən iqlim şəraitinin sağlamlaşdırılması istiqamətində aparılan yaşıllaşdırılma işləri müvəffəqiyyətlə həyata keçirilir. Görülən tədbirlər ölkədə, xüsusilə də sənaye mərkəzi olan Bakı şəhərində oksigen balansının stabilləşməsinə və paytaxtın estetik görünüşünün yaxşılaşdırılmasına əlverişli zəmin yaradır. Bu sahədə nəzərdə tutulan işləri sürətləndirmək məqsədi ilə dövlət başçısı qərara alır ki, Bakı şəhərinin yaşıllaşdırılması və ətraf landşaftın müasir dizaynla tərtib edilməsi üçün Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 5 milyon manat məbləğində vəsait ayrılsın. Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etməlidir. Qeyd edək ki, bu məsələni ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov qaldırmışdı. İndi də ayrılan vəsaitin xərclənməsini də o həyata keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA