Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib

img

03-04-2009 [07:28]


[b]Bu gün Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib. İclası giriş sözü ilə acan Oqtay Şirəliyev ölkə başçısı İlham Əliyev tərəfindən bir sıra tibb işçisinin fəxri ad və ?Tərəqqi? medalı ilə təltif olunması münasibətilə təbrik edib. [/b] Sonra Ə.Qarayev adına Uşaq xəstəxanasının şöbə müdiri Tünzalə Cəlilovaya ?Tərəqqi? medalı, Bakı şəhər 20 saylı uşaq poliklinikasının şöbə müdiri Səmayə İbrahimovaya və Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Solmaz Məmmədovaya ?Azərbaycan Respublikasının əməkdar həkimi? adı münasibətilə medal və hədiyyələr təqdim olunub. İclasda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutunun 1-ci prorektor, təsərrüfat və iqtisadiyyat işləri üzrə prorektoru vəzifələrinə təyin olunmuş şəxslərin adlarını açıqlanıb. İnstitutun 1-ci prorektor vəzifəsinə Quliyev Faiq Əli-Muxtar oğlu, təsərrüfat və iqtisadiyyat işləri üzrə prorektoru vəzifəsinə isə Həsənov İkram Rəhim oğlu olunublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA