?Böyük 20-lik? maliyyə sisteminin güclənməsi istiqamətində bəyannamə qəbul edib

img

03-04-2009 [12:22]


??Böyük 20-lik? ölkələri iqtisadi böhranların pronozlaşdırılması sistemini yaratmaq barədə razılaşıblar?. Bu bəyanatla sammitin işini olduqca yüksək qiymətləndirən Böyük Britaniyanın Baş naziri Qordon Braun sammitin yekunlarına həsr edilmiş mətbuat konfransında çıxış edib. Braun maliyyə sisteminin güclənməsi istiqamətində ?Böyük 20-lik? ölkələri liderlərinin bəyannamə qəbul etdiklərini də bildirib. Böyük Britaniya hökümət başçısının sözlərinə görə, 20-lik ölkələri əvvəlcə Maliyyə Sabitliyi Şurası yaradılması üzərində işləyəcəklər və qurum Maliyə Sabitliyi Forumunun varisi kimi fəaliyyət göstərəcək. Yaradılacaq şuranın mandatı daha güclü olacaq və ora ?Böyük 20-lik? ölkələri, bütün Maliyyə Sabitliyi Forumu üzvləri, eləcə də İspaniya və Avropa Komissiyası daxil olacaq. ?Maliyyə Sabitliyi Şurası Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq, makroiqtisadi və maliyyə riskləri barədə, eləcə də onlara qarşı hazırlıqlı olmağımıza səbəb olacaq xəbərdarlıqlar verməlidir. Şura bu üsulla bizim nizamlayıcı sistemimizi dəyişəcək və maliyyə rəhbərliklərinin risklərin qarşısını alması üçün onları müəyyənləşdirməsinə və tədbirlər görməsinə səbəb olacaq?. ABŞ prezidenti Barak Obama da ?Böyük 20-lik? sammitinin yekunları barədə mətbuat konfransı keçirib. Sammitdə alınan qərarları yüksək qiymətləndirdiyini bildirən Obama görüşün qlobal maliyə böhranından bərpa istiqamətində dönüş nöqtəsi olduğunu söyləyib. Ağ ev rəhbərinin sözlərinə görə, Londonda görüşən 20 ən inkişaf etmiş sənayeyə malik ölkələrin liderləri iqtisadi böyüməni bərpa etmək, eləcə də oxşar böhranların gələcəkdə qarşısının alınması istiqamətidə presedentsiz qərarlar veriblər. Beynəlxalq Valyuta Fondunun maliyyələşməsinə 1.1 trilyon dolların ayrılması vədi verilən sammitdən sonra jurnalistlərin qarışısına çıxın Obama London görüşünün olduqca səmərəli və tarixi əhəmiyyət daşıdığını bildirib. Obama həmçinin, ?Böyük 20-lik? ölkələrinin fəaliyyətini proteksionizmdən uzaq olduğuna görə yüksək qiymətləndirib. Barak Obama maliyyə böhranından tarixi bir dərs aldıqlarını, həftələrlə davam edən hazırlıqlardan sonra olduqca vacib iki günlük danışıqlar aparıldığını bildirib. Ağ ev rəhbərinin sözlərinə görə, bu danışıqlar iqtisadiyyatın yenidən inkişafı üçün olduqca vacibdir. ?Mən şadam ki, Böyük 20-lik yenidən görüşmək barədə qərar qəbul edib. İnanıram ki, hələ bu başlanğıcdır. Bizim problemlərimiz sadəcə bir görüşdə həll olunmur. Biz daha fəal olmağa, inkişafımızı gözdən keçirtməyə və sonrakı tədbirlər üçün qətiyyətli olmağa hazırlaşırıq?. Obama həmçinin Rusiya, Çin, Böyük Britaniya, Hindistan liderləri ilə təkbətək görüşdüyünü, qlobal maliyə böhranı ilə yanaşı nüvə təhlükəsinin azaldılması istiqamətində danışıqlar apardığını da söyləyib. Obama Şimali Koreyanın bu yaxınlarda həyata keçirməyə hazırlaşdığı raket proqramına koordinatlaşmış cavabın vacib olduğunu və Əfqanıstanda davamlı sabitlik üçün danışıqlar apardığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA