iqtisadçı ekspertlər yaxın aylarda çörəyin və quz ətinin qiymətinin qalxacağını proqnozlazdırır

img

01-04-2009 [06:02]


?Latın Amerikası ölkələrində hava şəraitilə bağlı, Avropada isə xərclərin yüksək olmasına görə taxılın qiyməti düşdü. Buna adekvat olaraq xərclər azalmadığı üçün Avropa fermerləri taxıl əkinlərindən imtina ediblər. Düzdür onlar da proqnozlaşdırılar ki, taxılın qiymətində qalxma ola bilər. Ancaq inanmıram ki, bu qiymət artımı ölkəmizdə yaxın bir ayda baş versin. Ümumiyyətlə, artım daha çox yayın sonları, payız ərəfəsində reallaşa bilər. Əgər taxıl ehtiyyatlarının azalması ilə bağlı informasiya ortaya çıxmasa, yuxarıda qeyd etdiyim müddətdə baş verə bilər. Bu mənada çörəyin qiymətinin qalxması da qaçılmaz olacaq?. Ölkəyə idxal olunan ərzaq taxılına ƏDV-nin bərpa edilməsi ilə bağlı ?MİA?-ya açıqlama verən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin həmsədri Rövşən Ağayevnun sözlərinə görə, Azərbaycan buğdanın 35-40 faizini kənardan alır: ?Bu baxımdan götürəndə təbii ki, 18% birbaşa gömrük dəyərinə əlavə olunur. Bir vaxtlar hökumət qiyməti uzlaşdırmaq üçün o addımı atmışdı. Burada təkcə buğdadan söhbət getmir, quşçuluq sənayesinin tələbatı üçün taxıl məhsulları da var. Yada salaq ki, bir vaxtlar quşçuluq sənayesi ona görə iflas olmuşdu ki, kənardan gələn yemin qiyməti çox baha idi. Belə olan şəraitdə əlavə olaraq, ƏDV-nin bərpası xərcləri bir az da artıracaq. Hətta ola bilsin ki, sonrakı mərhələlərdə quş ətinin qiymətində də artım olsun. Normal məntiqlə bu qərarın qüvvədə qalma müddəti bir az da uzadılmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA