Hökumət məcburi köçkünləri daha bir sınağa çəkməyə hazırlazır

img

31-03-2009 [09:18]


[b]Ərzaq yardımından məhrum olan didərginlərin "çörəkpulu"nun kəsilməsi məsələsini yenidən ortaya atıblar[/b] Dünyada cərəyan edən maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsiri qaçqın və məcburi köçkünləri də ciddi problemlərlə üzləşdirib. Artıq üç aydır ərzaq yardımı ala bilməyən məcburi köçkünləri hökumət daha bir sınağa çəkməyə hazırlaşır. "Dövlətqaçqınkom"dan əldə etdiyimiz məlumata görə, hökumətdəki bəzi qüvvələr məcburi köçkünlərə verilən "çörəkpulu"nun dayandırılması məsələsinin yenidən müzakirəyə çıxarılmasına çalışırlar. Qeyd edək ki, Biləsuvar, Ağdam, Füzuli, Goranboy, Ağcabədi və digər rayonlarda salınmış qəsəbələrdə məskunlaşan məcburi köçkünlərə yanvar, fevral və mart ayları üçün ərzaq yardımı hələ də verilməyib. Həmin ərazilərdə iş yeri çox məhdud olduğundan hökumət bu ilin əvvəlinədək orada yaşayan köçkünlərə hər ay ərzaq payı (5 kq un, 1 kq şəkər tozu, 1 kq düyü, 1 l bitki yağı) verirdi ki, bu da onların qida ilə təminatına az da olsa, kömək edirdi. Amma dünya maliyyə böhranını əsas gətirən Azərbaycan hökuməti üç aydır ərzaq yardımını dayandırıb. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəsmiləri ərzaq yardımlarının bərpa edilib-edilməyəcəyi barədə dəqiq məlumat verə bilmirlər. "Dövlətqaçqınkom"dan "Reytinq"ə verilən məlumata görə, hökumət məcburi köçkünləri daha bir sınağa çəkə bilər. Belə ki, yaxın vaxtlarda köçkünlərə verilən "çörəkpulu"nun dayandırılması məsələsinin müzakirə olunması gözlənilir. Bu məsələnin müzakirəyə çıxarılması üçün Maliyyə ?azirliyinin ciddi cəhd göstərdiyi bildirilir. Xatırladaq ki, adıçəkilən nazirlik bundan öncə də dəfələrlə köçkünlərə verilən "çörəkpulu"nun kəsilməsi təklifilə çıxış edib. Hazırda dövlət hesabına köçkünlərə adambaşına hər ay 13 manat 50 qəpik müavinət verilir. Ümumilikdə isə "çörəkpulu" alanların sayı 600 minə yxındır. "Dövlətqaçqınkom"dan bildiriblər ki, Maliyyə ?azirliyi ilkin mərhələdə büdcə təşkilatlarında çalışan köçkünlərin, o cümlədən həkimlərin, müəllimlərin, həmçinin təqaüdçülərin aldığı müavinətlərin dayandırılmasını təklif edib. Sonrakı mərhələdə isə digər kateqoriyadan olan köçkünlərin də "çörəkpulu"ndan mərhum edilməsi nazirliyin təklifində öz əksini təpıb. Maliyyə ?azirliyinin təkliflərinin ciddi etirazla qarşılanacağını nəzərə alan Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi isə bu istiqamətdə müzakirələ başlanılmasını istəmir. Dünya maliyyə böhranının Azərbaycan iqtisadiyytına təsiri səbəbindən bəzi iri layihələri təxirə salmağa məcbur olan hökumət məcburi köçkünlər üçün yeni qəsəbələrin inşasına başlamağı da gecikdirir. "Dövlətqaçqınkom"dan deyiblər ki, hələ bu ilin əvvəlində istismar müddəti başa çatmış fin evlərində yaşayan, məktəblər, uşaq bağçaları və hərbi hissələrin ərazilərində məskunlaşan köçkünlər üçün müxtəlif rayonlarda fərdi evlərdən və çoxmərtəbəli binalardan ibarət kiçik qəsəbələrin salınmasına start verilməli idi. Həmin tikililərin inşası üçün müvafiq torpaq sahələri ötən ilin ortalarından ayrılsa da, neft satışından əldə olunan gəlirlərin azalması bu işə başlamağa mane olur. Komitədən bildirilib ki, hazırda köçkünlər üçün yalnız Binəqədi rayonunda bir neçə doqquzmərtəbəli yaşayış binası inşa olunur ki, ora da keçmiş Səttarxan adına zavodun ərazisindən çıxarılacaq ailələr köçürürələck. Bakı, Gəncə, Sumqayıt, Şirvan və digər iri şəhərlərdəki təmirsiz yataqxanalarda bərpa və yenidənqurma işlərinə başlamaq isə hələlik gündəlikdə deyil. Yataqxanaların təmiri iki ildir gecikdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA