Kia Motors-un növbəti ?Qızıl Açar? latoreyası baza çatıb

img

28-03-2009 [06:31]


Kia Motors Azərbaycanın keçirdiyi ?Qızıl Açar? stimullaşdırıcı tirajlı latoreyasının növbəti mərhələsi başa çatıb. Bu məqsədlə martın 28-də Kia Motors-un baş ofisində müştərilərin və KIV nümayəndələrinin iştirakı ilə uduş kampaniyası keçirilib. Bu dəfə ki uduşda Kia Rio avtomobili ilə yanaşı 3 ədəd televizor, 4 İpod, 5 ədəd DVD oynanılıb. Kampniya 15 fevral- 28 mart tarixlərini əhatə edib. Bu müddətdə KİA Motors-dan hər avtomobil alan şəxs özü haqqında məlumat yazılmış breloku möhürlənmiş və kilidlənmiş qutuya atıb. Bu kampaniyada kredit vasitəsilə avtomobil əldə edən 1 şans, nəğd yolu ilə alanlar isə 2 şans qazanıblar. Kampaniya KİA-nın bütün satış salonlarından avtomobil alanlara şamil edilib. Tədbirdə bütün satış salonlarındakı möhürlənmiş və kilidlənmiş qutular açıldı və avtomobil sahiblərinin adı, soyadı səslənərək ümumi bir qutuya atıldı. Münsiflər heyətənin nəzarətindən sonra 5 brelok DVD üçün, 4 brelok İpod üçün, 3 brelok isə televizor üçün çıxarıldı və qaliblərə hədiyyələr təqdim olundu. Daha sonra Münsiflər heyətənin nəzarətindən sonra bütün açarlar yenidən qutuya atıldı. ?De Gəlsin? meyxana yarışmasının qalibi, Kia Sportage-in sahibi Fariz Bərdəli qutudan bir brelok çıxardaraq super priz Kia Rio-nun qalibini müəyyənləşdirdi. Bu dəfəki qalib, təqaüdçü Mais Aşurov oldu. M.Aşurov martın 6-da Kia Motors-dan Picanto avtomobili alaraq Rio-nu udma şansı qazanıb. Bundan əlavə, M.Aşurov televizor da qazanıb. Bütün qaliblər: 1. JVC 32EX18 televizor ? Yusifov Fariz 2. JVC 32EX18 televizor ? Əliyeva Leyla 3. JVC 32EX18 televizor ? Aşurov Mayis 1. İpod Nano ? Tahirzadə Pərviz 2. İpod Nano ? Həsənli Surac 3. İpod Nano ? Əhmədova Aytən 4. İpod Nano ? Baloğlanov Ramiz 1. JVC DVD ? Xəlilov Fariz 2. JVC DVD ? Güləmirov Fizuli 3. JVC DVD ? Adıgözəlov Mehman 4. JVC DVD ? Əliyev Mehman 5. JVC DVD ? ?Azersun Holdinq? Şirkəti

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA