Rövnəq Abdullayevdən rus mətbuatına maraqlı açıqlama

img

27-03-2009 [07:09]


[b]Azərbaycan Rusiya qazının İrana nəqli üçün tranzit ölkə olmağa razılaşıb[/b] Rusiya qazının İrana nəqli üçün tranzit ölkə rolunu Azərbaycan oynayacaq. Artıq bu məsələ ilə bağlı rəsmi Moskva ilə Bakı arasında təmaslarda ciddi razılaşmalar əldə edilib. Qaynar.info bu qənaətə Rusiyanın ?Qazprom? şirkətinin rəhbər şəxslərindən biri - Stanislav Tsqiankov və Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin ?Nezavisimaya qazeta?da yer alan açıqlamalarından sonra gəlib. Belə ki, S. Tsiqankov adıçəkilən rus nəşrinə açıqlamasında bildirib ki, İranın şimalına təbii qazın ötürülməsi üçün iki variant müzakirə olunub: ?Bunun biri Azərbaycan, digəri Türkmənistan vasitəsilə təbii qazın nəqlidir. Azərbaycanda mövcud olan boru xətti hazırda istifadəsizdir, bununla belə, boru xətti istənilən an istifadəyə yararlıdır?. R. Abdullayev də ?Nezavisimaya qazeta?ya açıqlamasında Azərbaycan vasitəsilə Rusiya təbii qazının İrana nəqlində problem olmadığına işarə vurub. ARDNŞ prezidenti bildirib ki, bu məsələdə rəsmi Bakının yeganə şərti İrana nəql olunacaq qazın sonradan hansısa yollarla Ermənistana ötürülməyəcəyinə dair təminatın verilməsidir. Cənab Abdullayev İran tərəfindən belə bir təminatın alınacağına əminliyini də ifadə edib. Qaynar.info xatırladır ki, Rusiya qazının Azərbaycan üzərindən, Qazıməmməd-Astara-Bindibiand boru xətti vasitəsilə İrana nəqli indiyədək də bir neçə dəfə gündəmə gəlib, amma tam bəlli olmayan səbəblərdən bu təşəbbüsün gerçəkləşməsi gecikib. Bəzi iddialara görə, ABŞ sözügedən proyektə heç də sıcaq baxmır

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA