?Hazırda ölkədə Mədəniyyət və Turizm Nazirliyindən lisenziya alan 337 otel fəaliyyət göstərir?

img

26-03-2009 [06:52]


Hazırda ölkədə Mədəniyyət və Turizm Nazirliyindən lisenziya alan 337 otel fəaliyyət göstərir. SİA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. "Cari il ərzində Azərbaycanda turistlərin sayında artım olub. Ümid edirik ki, növbəti illərdə də bu artım davam edəcək", - deyən Ə.Qarayev ötən il Azərbaycana gələnlərin sayının 2 milyona yaxın olduğunu diqqətə çatdırıb. Ə.Qarayev həmin insanların yalnız 1 milyon 409 min nəfərinin turist olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycanda otellərin sayı ildən-ilə artır. ?2002-ci ildə ölkədə cəmi 34 otel mövcud olduğu halda, hazırda Mədəniyyət və Turizm Nazirliyindən lisenziya alan 337 otel var. Biz otellərin sayını deyil, yüksək səviyyədə olmasını əsas tuturuq?, - deyə Ə.Qarayev əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA