Böhran Azərbaycan turizminə güclü təsir göstərmir?

img

25-03-2009 [07:13]


Dünya Turizm Təşkilatının baş katibi vəzifəsini icra edən Taleb Rifai qlobal maliyyə böhranın dünya turizminə təsirini şərh edərkən bildirmişdir ki, böhran Azərbaycan turizminə güclü təsir göstərmir. Azərbaycanın geniş turizm potensialına malik olduğunu deyən qonaq, paytaxtımızın gözəlliyini və xalqımızın qonaqpərvərliyini xüsusi qeyd etmişdir. T.Rifai vurğulamışdır ki, böhran ən çox Qərbi Avropada, xüsusilə də İngiltərədə turizm sektoruna təsir etmişdir. Hazırda turizm obyektlərində qiymətlərin sürətlə enməsi müşahidə olunur. Lakin bu, vəziyyətdən çıxış yolu deyildir. Qiymət islahatı turizm sahəsinin inkişafını təmin edə bilməz. Sahənin inkişafı üçün xidmətin keyfiyyətinin artırılması, sərmayə qoyuluşunun yaxşılaşdırılması daha məqsədəuyğundur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA