GüZƏŞTLi GüBRƏ BAZARDAKINDAN BAHADIR

img

22-03-2009 [05:45]


Fermerlərin maraq göstərməməsi gübrəni anbarda saxlayıb Bəzi fermerler Kənd Təsərüfatı Nazirliyinin güzəştli qiymətlə verdiyi gübrədən şikayətlənir. Fermerlərin bu narahatçılığına səbəb kənd təsərüfatı məhsullarında istifadə etdikləri gübrənin baha olmasıdır. Fermerlər iddia edir ki, dövlətin onlara 50 faizlə verməli olduğu gübrə ilə bazarlarda satılan gübrənin qiymətləri arasında təxminən 1-2 manat fərq var. Bazarlarda satılan gübrələr daha ucuz qiymətədir. "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin gübrə şöbəsinin müdiri Pirvəli Həsənov deyilənlərə aydınlıq gətirdi. Pirvəli Həsənovun sözlərinə görə, fermerlərə satılan gübrənin bahalığı həmin məhsulun dünyada qiymətlərin baha olduğu ərəfədə alınmasıdır. İndi isə qlobal maliyyə böhranı nəticəsində qiymətlər düşüb. Bazarda həmin azot gübrəsini ucuz satan kommersiya şirkətləri böhrandan sonra ölkəyə gübrə gətirənlərdir. Nəticədə bazara çıxarılan gübrənin qiymətində 1-2 manat ucuzluq var. Yayda 70 min tondan artıq azot kübəsinin gətirilməsinə baxmayaraq, ondan cəmisi 10 min ton gübrəni satmaq mümkün olub. Qalan 60 min ton gübrə isə anbarda qalıb. Hazırda güzəştli gübrələri satıb qurtara bilmədiklərini deyən şöbə rəisi, bunun ziyanla başa gələcəyini də vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA