"Neft Fondundan dövlət büdcəsinə transfertə limit qoyulmalıdır??

img

21-03-2009 [01:28]


Fariz Hüseynov: ?...əks təqdirdə dövlət xərclərinin böyük miqdarda artıb-azalması baş verir ki, bu da iqtisadiyyata dəyişkənlik və risk gətirir? Qlobal maliyyə böhranının dərinləşməsi və neftin qiymətinin büdcə proqnozlarından iki dəfə aşağı olması, istər-istəməz, dövlət büdcəsində qarşıya qoyulan məqsədlərin reallaşdırılması prosesində çətinliklər yarada bilər. Bu artıq özünü göstərməkdədir. Belə ki, bir sıra nazirliklər, xüsusən də Nəqliyyat Nazirliyi planlaşdırdığı bəzi layihələri təxirə salmaq məcburiyyətində qalıb. Bütün bunlara baxmayaraq, hələlik Azərbaycanda neftin bir barrelinin qiyməti 70 dollardan götürülüb. "Qara qızıl"ın hazırkı qiyməti isə 40-45 dollar həndəvərində cərəyan edir və qiymətin bu ilin sonuna kimi qalxacağı istisnadır. Buna görə də, cari ilin büdcəsində bir barrelin 70 dollardan müəyyənləşməsi risq əmsalını artırır. Görəsən, neftin büdcə qiyməti neçədən götürülsə, mövcud vəziyyətə adekvat ola bilər? Memfis Universitetinin Maliyyə üzrə doktorantı, iqtisadçı-ekspert Fariz Hüseynov deyir ki, qlobal maliyyə böhranı ilə əlaqədar olaraq həm dövlət, həm də Dövlət Neft Fondunun büdcəsinə yenidən baxılmalıdır. Çünki neftin qiyməti üçün nəzərdə tutulan 70 dollar bu il üçün real görünmür: ?Təəssüf ki, bu qiymət seçilərkən onun qeyri-real olduğu məlum olsa da, hökümət bunu qulaqardına vurdu. Ekspertlər neftin qiymətini 50-55 dollar ətrafında müəyyən edirlər?. Fariz Hüseynovun sözlərinə görə, əslində neftin büdcə qiymətinin neçə götürülməsindən daha vacib məsələ odur ki, Dövlət Neft Fondundan büdcəyə nə qədər gəlir transferti olacaq: ?Əgər bu miqdara limit qoyulsaydı, büdcənin neftin qiymətindən asılılığı azalardı. Hökümətin büdcə xərcləri və büdcədən maliyyələşən investisiya ilə bağlı siyasəti daha az dəyişkən olardı. Bu limit olmadıqda dövlət xərclərinin böyük miqdarda artıb-azalması baş verir ki, bu da iqtisadiyyata dəyişkənlik və risk gətirir. Hər dəfə neftin qiyməti kəskin artıb-azaldıqda büdcəyə yenidən baxılır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA