Şahin Mustafayev: "Dünya maliyyə böhranı Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyib"

img

20-03-2009 [06:12]


?Son günlərdə manat bir qədər də möhkəmlənib və manatın məzənnəsinin dəyişməsi üçün nə zərurət, nə ehtiyac, nə də iqtisadi əsas var? "Maliyyə böhranı Azərbaycana ciddi təsir etməyib. Dünya iqtisadi böhranı qonşu ölkələrdən fərqli olaraq Azərbaycan iqtisadiyyatına cüzi təsir edib". İqtisadi inkişaf naziri Şahin Mustafayev deyir ki, son iki ayın iqtisadi göstəricilərinə nəzər saldıqda da bunu aydın görmək mümkündür. Məsələn, bu müddətdə manatın məzənnəsi bir qədər də möhkəmlənib. Üstəlik, istehlak bazarında da qiymətlər aşağı düşür: ?Son günlərdə manat bir qədər də möhkəmlənib. Və manatın məzənnəsinin dəyişməsi üçün nə zərurət nə ehtiyac nə də iqtisadi bir əsas var. Bu da gündəlik həyatda əhali üçün əsas göstəricilərdən biridir. Eyni zamanda, istehlak bazarında qiymətlər aşığı düşür.Bu, özünü xüsusilə tikinti materialları bazarında büruzə verir. Bəzi materiallar üzrə qiymətlər iki dəfədən çox aşağı düşüb. Eyni zamanda ərzaq mallarının da qiymətləri aşağı düşür?. Şahin Mustafayevin sözlərinə görə, son iki ayda əhalinin alıcılıq qabiliyyətində də artım müşahidə edilib. Bu dövr ərzində əhalinin real gəlirləri 20 faizdən də çox artıb. Amma bütün bunlara baxmayaraq hökümət maliyyə böhranından daha az zərərlə çıxmaq üçün qabaqlayıcı tədbirlər görür: ?Ümumiyyətlə investisiya proqramı ehtiyatla tərtib olunub və prioritetləşdirilib. Amma əsas infrastruktur layihələri, sosial proqramlar bütövlüklə icra olunacaq. Son iki ayda göstəricilər üç faizdən yuxarıdır. Nəzərə alsaq ki, qeyri-neft sektorunda həmin göstərici 14 faizə bəbrabərdir, bu çox yaxşı göstəricidir?. Ölkə daxilində heç bir problemin olmadığını deyən Şahin Mustafayev hesab edir ki, iqtisadiyyata təsirlər əsasən xaricdən gəlir. İlin sonunadək iqtisadi proqnoz verməyin düzgün olmadığını deyən iqtisadi inkişaf naziri əlavə edir ki, dünya iqtisadiyyatında baş verən proseslər gündəlik təhlil edilir və bu mütləq ölkənin gələcək iqtisadi siyasətində nəzərə alınacaq. /ANS TV/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA