16-03-2009 [04:25]
;n 16-da Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin ?Cihaz? İstehsalat Birliyinin əsaslı yenidənqurmadan sonra istifadəyə verilən ?Radioquraşdırma? zavodunun açılışında iştirak etmişdir.
Müdafiə sənayesi naziri Yavər Camalov dövlətimizin başçısını qarşıladı.
Prezident İlham Əliyev əvvəlcə ulu öndər Heydər Əliyevin müəssisənin həyətindəki büstü önünə gül dəstəsi qoydu.
Dövlətimizin başçısı zavodun açılışını bildirən lenti kəsdi və müəssisə ilə tanış oldu.
Prezident İlham Əliyevə bu müəssisə, habelə Müdafiə Sənayesi Nazirliyi yaradılandan, yəni 2005-ci ildən bəri görülən işlər barədə ətraflı məlumat verildi.
Azərbaycan Prezidenti, Ali baş komandan bu sahənin inkişafına xüsusi diqqət yetirir və qısa müddətdə ölkənin müdafiə sənayesinin formalaşdırılması üçün mühüm tədbirlər həyata keçirilmişdir. Nazirliyin tabeliyindəki müəssisələrdə 16 istehsal sahəsi istifadəyə verilmiş, ən müasir tələblərə cavab verən müdafiə təyinatlı məhsulların kütləvi istehsalına başlanmışdır. Dövlət başçısının tapşırıqlarına əsasən, 2009-cu il üçün investisiya proqramı çərçivəsində 17 obyekt üzrə tikinti və yenidənqurma işlərinə başlanması nəzərdə tutulmuşdur.
Dövlət müdafiə sifarişi proqramına əsasən, 2007-ci ildə 213 adda, 2008-ci ildə isə 300 adda müdafiə təyinatlı məhsul və onların ehtiyat hissələri istehsal edilərək güc strukturlarına təhvil verilmişdir. Atıcı silahların, yaxın məsafəli döyüş vasitələrinin, artilleriya silahlarının kiçik seriyalarla istehsalı da mənimsənilmişdir. Bundan başqa, böyük miqdarda müxtəlif çaplı döyüş sursatları istehsal edilərək sifarişçilərə çatdırılmışdır. Müdafiə sənayesi müəssisələrində mühəndis texnikası, mühəndis döyüş və təlim sursatları, mühəndis xidməti və kəşfiyyat vasitələrinin istehsalı da təmin edilmişdir. Ötən il sifarişçilərə təhvil verilən müdafiə təyinatlı məhsulların həcmi 2005-ci illə müqayisədə 6,1 dəfə artmışdır. Cari ildə isə 435 adda müdafiə təyinatlı məhsulların və onların ehtiyat hissələrinin istehsalı nəzərdə tutulmuşdur. Bunlardan ən müasir tipli zirehli transportyorların yığımını, müxtəlif növ tank əleyhinə minaları, optik nişangahları, aviasiya təlim bombalarını və s. göstərmək olar. İndiyədək Almaniya, ABŞ, İsveçrə, Avstriya, İtaliya, Ukrayna, Türkiyə, Çin, Rusiya, Belarus, Koreya Respublikası və digər ölkələrdən 163 dəzgah və texnoloji avadanlıq, 5000-dən çox isə müxtəlif növ alətlər alınmışdır. Daha 7 növ müdafiə təyinatlı məhsul istehsalı sahəsinin yaradılması üçün texnoloji avadanlığın alınaraq quraşdırılması 2009-cu ildə başa çatdırılacaqdır. Cari ildə müdafiə sənayesi müəssisələrində mülki məhsulların istehsalını da genişləndirmək üçün silsilə tədbirlər nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyevə məlumat verildi ki, Azərbaycanda radio sənayesinin ilk müəssisəsi olan Bakı radio zavodu 1947-ci ildə Y?rli Sən?y? N?zirliyinin t?b?liyində yaradılmışdır. Müxtəlif vaxtlarda burada ?Bakı-48?, ?Araz? radioqbulediciləri, ?Araz-M?, ?Bakı-58? radioları, ?KVN?, ?Rekord-12?, ?Aelita?, ?Qranit? televizorları, ?Xəzər? tranzistoru (xarici ölkələrə də göndərilirdi), universal hesablayan elektron maşınları (HEM) istehsal olunmuşdur. 1980-cı ildən zavodda SSRİ R?di?sən?y?si N?zirliyinin müəssisələrində buraxılan müxtəlif növ HEM-lərin elektron avadanlıqlarının istehsalına başlanmışdı.
1984-cü ildə müəssisə ?Robot? zavodu ilə birləşdirilərək, ?Radioquraşdırma? Bakı İstehsalat Birliyi adlandırılmışdı. 1991-ci ildən r?spublik? N?zirlər K?bin?tinin, 1993-cü ilin ?vqustundan Dövlət ?üsusi M?şınq?yırm? və K?nv?rsiy? K?mitəsinin t?b?liyində olmuşdur. 2006-cı ildən z?v?d Müd?fiə Sən?y?si N?zirliyinin t?b?liyindədir.
Müdafiə Sənayesi Nazirliyi yaranana qədər zavodun cəmi bir neçə sexi qismən fəaliyyət göstərir, təsadüfi sifarişləri yerinə yetirirdi (illik istehsalın həcmi 60-70 min manat təşkil edirdi). İşçilərin sayı 90 nəfərə qədər azalmış, 100-dən çox işçi isə uzunmüddətli məzuniyyətə buraxılmışdı. İstehsal sahələri, binalar baxımsız qaldığından yararsız vəziyyətə düşmüşdü. Müdafiə Sənayesi Nazirliyi yaradılandan sonra zavodda köklü dəyişikliklər baş vermiş, o, ölkənin qabaqcıl sənaye müəssisələrindən birinə çevrilmişdir.
Prezident İlham Əliyev zavodun əvvəlki vəziyyətini əks etdirən kadrlara baxdı.
?Radioquraşdırma? tamamilə yenidən qurulmuş və ən müasir texnoloji avadanlıqla təchiz edilmişdir. Mexaniki yığma sexində konstruktiv xüsusiyyətlərinə görə xüsusi təyinatlı məhsulların yığılması, quraşdırılması, sazlanması və yoxlanması əməliyyatları yerinə yetirilir. Bu işlər müvafiq konveyer xətləri, pnevmatik və hidravlik intiqallı yığma presləri və digər texnoloji avadanlıq vasitəsilə görülür.
İstehsal prosesini izləyən Prezident İlham Əliyev müəssisənin buraxdığı məhsulların sərgisinə baxdı. Burada ?Radioqurşadırma? zavodunun xarici ölkələrin nüfuzlu şirkətləri ilə birgə istehsal etdiyi məhsullar da nümayiş olunurdu.
?Radioquraşdırma? zavodunda, ümumilikdə, 26 adda məhsul buraxılır. İllik istehsalın həcmi 10 milyon manatı ötmüşdür. Məhsullar ölkənin güc strukturlarında istifadə edilir və ən yüksək taktiki-texniki xüsusiyyətlərə malikdir. Mülki və ikitəyinatlı məhsulların da istehsalı diqqət mərkəzində saxlanılır və artıq rəqabətədavamlı, xarici ölkələrə ixrac oluna bilən məhsulların seriyalı istehsalına başlanmışdır.
Ümumi sahəsi 1800 kvadratmetr olan inzibati bina da əsaslı təmir olunmuş, 250 nəfərlik akt salonunda müxtəlif tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılmışdır.
Prezident İlham Əliyev müəssisə ilə tanışlıqdan razılığını bildirib və əlavə tapşırıqlarını verib.