AZƏRBAYCANDA QiYMƏTLƏRiN UCUZLAŞMASI DAVAM EDƏCƏK

img

15-03-2009 [07:50]


Son iki ayda qiymətlər 2,3 faiz azalıb Maliyyə böhranı, qonşu ölkələrdə valyutaların zəifləməsi xaricdən gətirilən malları ucuzlaşdırıb. İqtisadi Tədqiqatlar Mərkəzinin məlumatına görə, son iki ayda qiymətlər 2,3 faiz azalıb. Ekspertlər qiymətlərin aşağı düşməsinin bundan sonra da davam edəcəyini bildirirlər. Azərbaycanda ərzaq və digər məhsulların ucuzlaşması hələ bir neçə ay davam edəcək. Azərbaycanda inflyasiyanın hesablanmasıyla məşğul olan İqtisadi Tədqiqaitlar Mərkəzinin mütəxəssisləri bu fikirdədir. Mərkəzin apardığı araşdırmalara əsasən ölkədə fevralda qiymətlər 0,81 faiz aşağı düşüb. Bakıda ucuzlaşma rayonlardan daha çoxdur. Paytaxtda qiymət 0,88 faiz, regionlarda isə 0,75 faiz azalıb. Ən çox ucuzlaşma ərzaq məhsullarında qeydə alınıb - 1,15 faiz. Qeyri-ərzaq məhusllarının qiyməti 0,27 faiz, xidmətlər 0,60 faiz ucuzlaşıb. Fevral ayında ən çox ucuzlaşan xidmət internetə qoşulmadır. Burda qiymət 45,05 faiz azalıb. Ərzaq məhsullarından-təzə kartof 18,2 faiz, yoqurt 8,6 faiz, toyuq əti 6,9 faiz ucuzlaşıb. Qeyri-ərzaq mallarında ən çox ucuzlaşma taxtanın qiymətində qeydə alınıb ? 13 faizdən artıq. Xatırladaq ki, ucuzhlaşma artıq bir neçə aydvr ki, davam edir - mərkəzin hesablamalarına görə, ilin əvvəlindən bəri qiymətlər 2,34 faiz aşağı düşüb. Mərkəzin rəhbəri Vüsal Qasımlının sözlərinə görə, qiymətlərin azalması bir neçə amillə bağlıdır. Əvvəla, başqa ölkələrin valyatası manat qarşısında zəiflədiyinə görə, ordan gələn mallar da ucuzlaşıb. İqtisadi Tədqiqatlar Mərkəzinin Rəhbəri Vüsal Qasımlı: ?Manat Rusiya, Ermənistan və Qazaxıstandakı kimi devolvasiya olsaydı dərhal qiymətlərin bahalaşmasının şahidi olardıq?. Bu ucuzlaşma özünü xüsusilə yaxın ölkələrdən gətirilən mallarda göstərir: ?Milli valyutaları devolvasiya olunduğu üçün Qazaxıstan, Rusiya və Gürcüstandan Azərbaycana gətirilən avtomobillər ucuz başa gəlir. Toyuq əti, yoqurtun qiyməti aşağı düşməsi isə daha çox idxalla bağlıdır. Çünki bütün dünyada ərzaq məhsullarının qiyməti aşağı düşür. İdxal olunan məhsulların qiymətinin aşağı düşməsi Azərbaycanda infilyasiyanın defilyasiyaya çevrilməsidir ki, qiymətlərin aşağı düşməsində rol oynayır?. Bu amillərin təsiri indi də davam etdiyinə görə, qiymətlərin də bundan sonra da ucuxzlaşacağı gözlənilir. İqtiadi tədqiqatlar mərkəzinin proqnozlarına görə, qarşıdakı aylarda mənzillərin, tikinti materiallarının, avtomobillərin ucuzlaşması davam edəcək. Kompüter və məişət əşyalarının - telefon və mebellərin də ucuzlaşması gözlənilir. Və ərzağın ucuzlaşacağı da şübhə doğurmur: ?Yaxın gələcəkdə ərzaq məhsullarının qiymətinin aşağı düşəcəyi gözlənilir. Yeni kənd təsərrüfatı məhsulları bazara çıxandan sonra bu proses daha da sürətlənəcək?. Ekspertlər bildirir ki, proqseslər belə getsə, Azərbaycan bu ili deflyasiya ilə, yəni qiymətlərin azalmasıyla başa vuracaq. Xatırladaq ki, Milli Bankın məlumatına görə, bu ilin fevral ayında Azərbaycanda illik inflyasiya 10,3 faiz olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA