Dünya iqtisadi böhranı Azərbaycana məxsus Kulevi neft terminalının izinə də təsir edib

img

09-03-2009 [05:45]


Treyder şirkətlərinin vaxtilə baha qiymətə aldıqları malları ucuz qiymətə satmaq istəməməsi yükdaşımaların 2 dəfəyədək azalmasına səbəb olub Dünya iqtisadi böhranı Gürcüstanın Qara dəniz sahilində yerləşən, Azərbaycana məxsus Kulevi neft terminalının işinə də təsir edib. Terminalın baş direktoru Kərim Quliyevin ANS-ə verdiyi məlumata görə, treyder şirkətlərinin vaxtilə baha qiymətə aldıqları malları ucuz qiymətə satmaq istəməməsi yükdaşımaların 2 dəfəyədək azalmasına səbəb olub: "Yükdaşımalar 2 dəfə azalıb. Hətta olan malların satılması çətindir. Malların qiyməti aşağıdır. Treyderlər sərf etmədiyi üçün gözləmə mövqeyi tuturlar, ucuz qiymətə satmaq istəmirlər. Burada külli miqdarda itkilərdən söhbət gedə bilər. Artıq proseslər kiçik treyderlərə təsir edir. Biz terminal olaraq bunu hiss edirik. Noyabrla müqayisədə yükdaşıma 2 dəfəyədək azalıb. Fevralda 1 balaca artım hiss olunub, 15 faiz artıb?. /ANS TV/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA