MTN saxta pulların Azərbaycanda tədavülə buraxılmasının qarşısını alıb

img

06-07-2013 [20:51]


Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində ölkənin maliyyə-pul sisteminə ciddi təhlükə yaradan saxta ödəniş vasitələrinin qeyri-qanuni tədavülə buraxılmasının qarşısı alınıb. MTN-nin İctimai əlaqələr mərkəzindən verilən məlumata görə, əməliyyat nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Çingiz Müseyib oğlu Ağasənov cinayət başında yaxalanıb.

Belə ki, Çingiz Ağasənov və qeyriləri satış məqsədilə Türkiyə Respublikasında əldə etdikləri külli miqdarda saxta xarici valyutanı satış məqsədi ilə Azərbaycana gətiriblər. Çingiz Ağasənovun yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsindəki evinə keçirilmiş baxış nəticəsində 137 ədəd saxta 100 ABŞ dolları əsginasları aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 204.3.2-ci (satış məqsədilə külli miqdarda saxta xarici valyuta əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb. Ağasənov Çingiz Müseyib oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA