“Bakcell” Cahangir Hacıyevlə davaya qalxdı

img

06-07-2013 [20:50]


"Bakcell” MMC daha bir neçə məhkəmə qalmaqalı ilə üzləşib. Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, sözügedən mobil şirkət bu dəfə "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə məhkəmə çəkişməsi yaşayır. Maraqlı burasıdır ki, "Bakcell” MMC Cahangir Hacıyevin prezidenti olduğu bankla bərabər, "Mobifon” MMC-i də məhkəməyə cəlb eləyib. Amma adıçəkilən MMC-yə əsas cavabdeh deyil, üçüncü şəxs qismində iddia qaldırılıb.

Məlumata görə, "Bakcell” MMC –nin "Azərbaycan Beynəlxalq Bankı” ASC və üçüncü şəxs "Mobifon” MMC-yə qarşı təminat üzrə pul və faizlərin ödənilməsindən bəhs edən iddiasına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılsa da, bu məhkəmə instansiyasının verdiyi qərar mübahisəyə son qoymayıb: «Bu səbəbdən də, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib. Hazırda bu şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır».

Məlumatda qeyd olunur ki, "Bakcell” MMC –nin "Azərbaycan Beynəlxalq Bankı” ASC və "Mobifon” MMC arasındakı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Elmira Nağıyevanın sədrlik etdiyi hakimlər heyəti baxır: «Hakim tərəflər arasındakı məhkəmə çəkişməsi üzrə iyunun 25-nə iclas saatı təyin etmişdir. Lakin həmin günü hakim prosesi təxirə salıb».

Məhkəmə iyulun 16-da apellyasiya şikayəti üzrə prosesi davam etdirəcək.

Məsələ ilə bağlı tərəflərdən münasibət öyrənmək mümkün olmayıb. Tərəflərin mövqeyini də dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA