29-01-2016 [22:55]
Manatın dollara nisbətən məzənnəsinin son günlər cüzi də olsa müşahidə edilən artımla bağlı tanınmış iqtisadçı Vüqar Bayramov öz fikirini bölüşüb.
Mia.az xəbər verir ki, Vüqar Bayramov manatın məzənnəsinin yüksəlməsinin yanvarın 25-dən başlayaraq müşahidə edilməyə başladığını xatırladıb. Əlavə edib ki, həmin günü 1 dollar üçün 1.6054 manat ödənilsə də, fevralın 1-i üçün kurs 1,5972 manat olacaq:
"Göründüyü kimi, söhbət manatın cüzi möhkəmlənməsindən gedir. Əslində, manat dollar məzənnəsindəki dəyişikliklər Amerika pulu ilə avro arasındakı kursa uyğun baş verib. Belə ki, məhz bu ayın 25-dən başlayaraq avro dollara nisbətən möhkəmlənib və yalnız bu gün Avropa pulunun mövqeləri nisbətən zəifləyib. Bivalyuta səbətindən istifadə edən Mərkəzi Bank dolların dünya bazarında zəifləməsinə uyğun olaraq milli valyutanı gücləndirib.
Digər tərəfdən, neftin qiymətinin son günlərdəki möhkəmlənməsinin manata təsir etdiyini düşünmürəm. Neftin qiyməti hələlik manatı gücləndirmək səviyyəsində deyil. Eyni zamanda, Mərkəzi Bankın daimi bazarda qalması dollara olan tələbinin ödənilməsinə təsir göstərir və etiraf etmək lazımdır ki, valyuta bazarında bir neçə həftə öncə müşahidə edilən ajiotaj xeyili dərəcədə səngiyib. Bununla belə, Mərkəzi Bank əslində 4 faizlik marjı müəyyənləşdirməklə praktik olaraq üzən valyuta rejimindən imtina edib. Ən çox verilən digər sual manatın məzənəsinin növbəti günlərdə necə dəyişməsi ilə bağlıdır. Əgər Mərkəzi Bank manatın məzənnəsi üçün tarazlıq nöqtəsini müəyyənləşdiribsə o zaman dollar-avro kursu milli valyutaya yenidən təsir göstərməyə başlayacaq.
Bu günun ikinci yarısında avro yenidən zəifləyib və bu davam edərsə, o zaman milli valyutamızın kursunda bu əks olunmalıdır. Amma əgər Mərkəzi Bank sadəcə bazar psixoloji mesajlar verirsə, o zaman kurs istənilən zaman istənilən istiqamətdə dəyişə bilər.
Digər tərəfdən, manatın məzənnəsi bazar tərəfindən hələ də müəyyənləşmədiyi və Mərkəz Bank bazarda əsas oyunçu olduğu üçün milli valyutanın məzənnəsinin necə dəyişəcəyini proqnozlaşdırmaq mümkün deyil. Bütün hallarda xarici valyutaya tələbi azaltmaq üçün Mərkəzi Bankın manatı möhkəmləndirməklə bazara psixoloji təsir etmək və əhalinin dollar təklifini artırmaq istəyi də istisna edilmir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi