29-01-2016 [11:59]
Son günlər dünya bazarında neftin qiymətində əvvəlki günlərlə müqayisədə artım qeydə alınsa da , bu əvvəlki səviyyədə deyil.
Mia.az xəbər verir ki, anspress-in xəbərinə görə hazırda dünya bazarında brent markalı neftin qiyməti 34.36, "Azərilayt" ın qiyməti isə 35.98 dollardır.
Dünya bazarında qara qızılın qiymətinin ucuzlaşması fonunda gündəmə gələn məsələlərdən biri də benzinin qiymətində dəyişikliyin ola biləcəyi ilə bağlıdır.
Hazırda Azərbaycanda yalnız Aİ-92 markalı benzin istehsal olunur. Aİ-95 və Aİ-98 markalı benzinlər isə xaricdən idxal olunur.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanınsözlərinə görə hazırkı dövrdə qiymətdə dəyişiklik edilməsi səmərəli deyil. Əgər benzinin qiyməti ucuzlaşarsa, o zaman büdcə gəlirləri azalacaq.
"Əgər yanacağın qiyməti artırılarsa bu büdcəyə, eləcə də əhaliyə böyük zərbədir. Təsəvvür edin ki yanacaq bahalaşarsa, yemək də, ərzaq da, geyim də, ümumiyyətlə bazarda nə varsa hamısı bahalaşacaq. Bu da büdcədə yenə kəsirlərə ,ixtisarlara səbəb oalacq. Ona görə hökumət qiyməti tənzimləməyə çalışır”.
İqtisadçı ekspert Samir Əliyevisə belə düşünmür. O, hesab edir ki yanacağın ucuzlaşdırılması ölkədə daşınma xərclərini əhəmiyyətli dərəcədə aşağı sala bilər. Bu da öz növbəsində malın, xüsusilə də kənd təsərrüfatı məhsullarının maya dəyərini azaldar. Onun sözlərinə görə hazırda dünya bazarında neftin qiyməti 2007-ci il səviyyəsindən təxminən 2 dəfə, 2013-cü il səviyyəsindən isə 3,5 dəfə aşağıdır. Ancaq Azərbaycanda qiymətlər hələ də 110 dollarlıq neft qiymətinədir”.
Hazırda Qazaxıstanda Aİ -95 markalı benzin 0,35 avro, Aİ-98 benzini 0,38 avro, dizel 0,26 avrodur. Rusiyada isə Aİ-95 benzini 0,44 avro, Aİ-98 benzini 0,50 avro, dizel 0,42 avroya satılır.
Azərbaycanda Aİ-92 benzini( 0.70 AZN) ,Aİ -95 benzini 0,47 avro,(0.80 AZN) (dizel isə 0,35 (0.60 AZN) avroya bərabərdir.
İqtisadiyyat və Sənaye Nazirliyininmətbuat xidmətinin rəhbəri Abbas Əliyevinverdiyi məlumata görə hazırda yerli istehsallı yanacağın tarifində hər hansı bir dəyişiklik gözlənilmir.
"Tarif Şurası yanacağın qiyməti ilə bağlı müzakirələr aparmayıb. Ona görə də yeni bir məlumat deyə bilməyəcəm. O ki, qaldı xaricdən idxal olunan yanacağın qiymətində hər hansı bir dəyişikliyə, bu istisna deyil. Sizə də bəllidir ki o yanacağın qiyməti dünya bazarına görə tənzimlənir. Tarif şurasının burda bir rolu yoxdur”.
SOCAR isə bildirib ki, hazırkı vəziyyətdə benzinin qiymətinə dəyişiklik edilə bilməz. Neftin yerli istehsal olmasına baxmayaraq, onun qiymətinin qaldırılması və ya ucuzlaşdırılması gündəmdə deyil.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi