Gömrükdə rüsumlar artırılır Hökumətə müraciət edildi

img

29-01-2016 [11:52]


"Dünyada baş verən böhran və manatın devalvasiyaya uğraması çətinliklər yaradıb”.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib. Onun sözlərinə görə, ötən il gömrük orqanları üçün çətin olsa da, müəyyən nailiyyətlər əldə olunub:

" Ötən il proqnoz tapşırıqları artıqlaması ilə yerinə yetirilib. Bundan başqa 2015-ci ildə vergi tutma bazası 60 milyon manatdan artıq olub ki, bu da azalma deməkdir. Ötən il bəzi nəqliyyat vasitələri və yüklər vergidən azad olunub, bu səbəbdən də vergi tutma azalıb”.

Komitə sədri əlavə edib ki, fevralın 1-dən etibarən Azərbaycanın iki əsas dəmir yolu xəttində ölkəyə giriş və çıxışda xüsusi avadanlıqlar işə salınacaq. Bu avadanlıqlar qatarların hərəkəti dayanmadan vaqonlardakı yükləri yoxlayacaq:

"Artıq həmin avadanlıqlar quraşdırılıb və fevralın 1-dən istifadəyə veriləcək. Biz bu ildən gömrük siyasətində dəyişiklik etdik. Yanvarın 1-dən "free trade” – "azad ticarət” siyasətinə keçdik. Bu addım daxili istehsalçıları qorumaq üçün atılıb”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA