Gürcüstandan ölkəyə mal-qara idxalı qadağan olundu

img

28-01-2016 [21:08]


Sabahdan Gürcüstandan Azərbaycana diri heyvan və heyvan mənşəli məhsulların idxalı rəsmən müvəqqəti qadağan ediləcək.

Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarət Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib.

Qadağanın səbəbi Gürcüstanda xırda və iribuynuzlu mal-qara arasında Göydil virusunun yayılmasıdır. Artıq bununla bağlı Dövlət Baytarlıq Nəzarət Xidmətində məlumat var, sabah da Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından rəsmi məlumat daxil olacaq. Bununla əlaqədar sabah Dövlət Baytar Müfəttişinin əmri ilə Gürcüstandan diri heyvan və heyvan mənşəli məhsulların idxalına rəsmən müvəqqəti qadağa qoyulacaq və bununla bağlı Azərbaycanın müvafiq dövlət qurumları məlumatlandırılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA