28-01-2016 [15:35]
"Daşınmaz əmlak bazarında hələ belə durğunluq olmamışdı. Mənzillərin qiyməti hər gün bir az da aşağı düşür. Məsələn, Nərimanovda 90-95 min manata satılan 1 və ya 2 otaqlı mənzillər indi 60-65 minə təklif edilir. Kifayət qədər ucuzlaşma olsa da, bir dənə də olsun alıcı yoxdur. Demək olar ki alqı-satqı dayanıb".
Bunu Anspress-ə Nərimanov rayon məhkəməsi yaxınlığında maklerliklə məşğul olan İlqar Mustafayev deyir. Onun sözlərinə görə, manatın "üzən məzənnəyə" keçidindən sonra evlərin qiyməti də 20-25% düşüb.
Mənzillərin qiymətinin ucuzlaşdığını paytaxtın digər ərazilərində fəaliyyət göstərən maklerlər də etiraf edirlər. Bu sahədə çalışan Mirzə Əliyev deyir ki, qiymətlərdə 10-20 min arası ucuzlaşma var. Bu prosesin hələ davam edəcəyi də istisna edilmir.
Tək alqı satqı da yox ,elə kirayə bazarında da müştəri qıtlığı yaşanır. Ötən il 250-300 manatlıq evlər 100-50 manat aşağı təklif edilsə də, kirayə ev axtaran insanlar üçün bu qiymətlər də hazırda münasib deyil. Bir sözlə qiymətlər aşağı düşsə də təlabat sıfır səviyyəsindədir.
"MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun da fikrincə, qiymətlərdə eniş hələ bir müddət davam edəcək. Onun hesablamalarına görə, hazırda əmlak bazarında qiymətlər 22 faiz, konkret mənzil bazarındasa bundan bir qədər çox 26 faiz azalma var.
Bu azalmaya baxmayaraq qiymətlər hələ də yüksəkdir. Bu fikirlə ekspertdə razılaşır. O deyir ki, qiymətlər reallıqla uzlaşmır.

"Əmlak bazarındakı durum həm xarici, həm də daxili amillərlə bağlıdır. Xarici amil kimi buna neftin qiymətinin düşməsi,eləcə də Rusiyadan gələn pul kütləsinin azalması təsi edir. Daxili amillərə gəlincə, insanların psixoloji baxımdan neqativ gözləntiləri var. Ona görə də əllərindəki vəsaiti xərcləməyə qorxurlar, qara günlər üçün, ehtiyat saxlayırlar".
Mənzil bazarında canlanma yaratmaq üçün xaricdən maliyyə axını olmalıdır. Bundan başqa ölkəmizdə ev almaq istəyən əcnəbilərə müxtəlif güzəştlərin tətbiqi zəruridir. Xaricilərin daşınmaz əmlak bazarına axınını sürətləndirmək üçün əcnəbilərin, elə qardaş Türkiyənintəcrübəsindən istifadə oluna bilər. Məsələn, 2013-cü ilin fevralına qədər Türkiyədə ev almaq bir az çətin idi. Amma yeni qanuna görə, indi Türkiyədə ev almaq asanlaşıb.
Qardaş ölkə, Azərbaycanda daxil olmaqla 180-ə qədər xarici ölkə vətəndaşına cüzi məhdudiyyətlərlə hər cür daşınmaz əmlak əldə etməyə imkan verir. Bu isə Türkiyə qanunvericiliyində öz həllini tapıb.
Oxşar təcrübədən ölkəmizdə də istifadə olunarsa həm mənzil almaq üçün üz tutan xaricilərin sayı da artar, həm də bu bazarda canlanma yaranar.
Hər halda yaranmış vəziyyətdən çıxış üçün təklifləri sınaqdan keçirmək lazımdır. Çünki daşınmaz əmlak bazarındakı mövcud vəziyyətin hələ nə qədər davam edəcəyi sual altındadır. Ev almaq istəyən vətəndaşlarsa hazırki vəziyyətdən səmərəli istifadə edərək illərlə mövcud olan mənzil problemlərinə son qoya bilərlər. Təbii ki, pul olan yerdə.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi