"Proses davam edəcək" - Tanınmış iqtisadçıdan banklarla bağlı hökumətə açıq suallar

img

26-01-2016 [16:17]


"Artıq bankların sayı 43-dən 38-ə endi. Proses yəqin davam edəcək, bağlanan və birləşən bankların hesabaına bankların yekun sayının 30-dan az olacağı ilə bağlı gözləntilər var". 

Mia.az xəbər verir ki, bu sözləri bu gün "Yunayted Kredit Bank”la "NBC Bank” bağlanmasına münasibət bildirən tanınmış iqtisadçı Rövşən Ağayev deyib.

İqtisadçı bildirib ki, indi sıradan çıxan banklar porblemli kreditlərinin böyük həcmdə olması, ümidsiz kreditlərin ümumi bprclarda payının yüksək olması, müştərilər qarşısında ödəmə qabiliyyətinin kəskin pisləşməsi fonunda müflisləşmə riskinin həddən artıq çoxalmasıyla bağlıdır:

"Hesab edək ki, bu plan baş tutdu və say kəskin azladı. Amma bir reallıq da var: hətta indi bak sektorunun top 10-luğunda olan bankların hamısı ciddi problemlər içərisindədi. Beynəlxalq kredit agentlikləri onarın hamısının reytinqini sabitdən neqativə dəyişdi. Uzunmüddətlə kredit reytinq sürətlə defoltöncəki səviyyəyənin (C) sərhəd nöqtəsinə yaxınlaşır".  

Daha sonra Rövşən Ağayev hökumətə açıq suallar ünvanlayıb:

"Bəs, bu bankların problemi necə olacaq? Dəstək olmadan özlərini bu durumdan çıxara biləcəklərmi? Bilməyəcəklərsə, hansı dəstək mexanizmləri real görünür? 

İndiki qeyri-şəffaf bank mühiti şəraitində bu dəstək bank kapitalının yekun olaraq cəmi 1 iqtisadi qrupun əlində cəmlənməsinə səbəb olmayacaqmı? 

Əgər belə olacaqsa, bu, Azərbaycan üçün böhrandan çıxmaq üçün son şans olan rəqabətli biznes mühitinin yaradılması planlarının üzərindən bəri başdan qalın xətt çəkmək deyilmi?".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA