“Neft hasilatının azaldılması həyati məsələdir" - OPEK-in baş katibi "SOS" verdi

img

25-01-2016 [17:15]


"Neftin bahalaşması üçün OPEK və digər istehsalçılar birlikdə çalışmalıdır".

Bunu OPEK Baş katibi Abdulla Səlim Bədri Londondan keçirilən konfransda deyib.

O, hazırkı situasiyanın gələcək üçün təhlükə yaratdığını bildirib:

"Neft hasilatının azaldılması həyati məsələdir. Əvvəlki böhranlara baxdığımız zaman hasilatın azalması ilə qiymətlərin yüksəlməsinin şahidi olmuşuq. Bu məsələni OPEK və digər istehsalçılar birgə işləməlidir. Düzdür, OPEK ötən il hasilatı bir miqdar artırıb, lakin neft çoxluğu qeyri-OPEK ölkələrinə görə baş verib. Qiymətlərin artması üçün bazarlar hasilatın azaldığını hiss etməlidir. Neft sektorunda təklif-tələb şərtinin bu il özünü düzəltməyə başlayacağına dair bəzi işartılar var. Hazırki situasiya gələcək üçün təhlükə yaradır. Mövcud qiymətlər gələcək investisiya layihələrinə uyğun deyil”.

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA