Neftin qiyməti kəskin qalxdı

img

23-01-2016 [00:02]


Dünya bazarında uzun müddətdən bəri təsadüf olunmayan bahalaşma yaşanıb. Neftin qiymətləri bu gün 9-10% artıb.

Strateq.az xəbər verir ki, London birjasında bir barel "Brent” markalı neft 32 dolları keçib. Bu isə hardasa 10%-ə yaxın bahalaşma deməkdir.

Mütəxəssislər bu yüksəlişin səbəbini son zamanlar qiymətlərin hədsiz azalmasının alıcıları "qara qızıl” almağa təşviq etməsiylə əsaslandırırlar. Onların bildirdiyinə görə, alıcılar arasında yaranan rəqabət istər-istəməz qiymətlərə də öz müsbət təsirini göstərir.

Digər bir səbəb isə qiymətlərin aşağı olması dolayısıyla bir sıra istehsalçıların hasilatı dayandırmasıdır.

Xatırladaq ki, bir neçə gün öncə BƏƏ kimi ciddi neft hasilatçısı bu cür addım atacağını bəyan etmişdi. Eynilə nefti baha çıxaran bir sıra sənaye ölkələrinin də bənzər addımı atacağı güman olunur. Görünür, bu da neftin bahalaşmasında təsirli olmuşdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA