Azərbaycanın altı bankı “neqativ” siyahıya düşdü

img

22-01-2016 [12:01]


"Moody`s Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycanın 6 bankı üzrə reytinq fəaliyyətini dərc edib.

Mia.az Trend-ə istinadən xəbər verir ki, agentlik "Xalq Bank", "Bank Respublika" və "Kapital Bank"ın kredit ödəmə qabiliyyətinin baza qiymətini müvafiq olaraq b3, b2 və b1 səviyyəsində təsdiq edib. Bu bankların uzunmüddətli kredit reytinqləri üzrə proqnozu "stabil"dən "neqativ"ə düşürülüb.

Agentlik, həmçinin VTB (Аzərbaycan), "Bank of Baku" və "Unibank"ın kredit ödəmə qabiliyyətinin baza qiymətləndirilməsini və uzunmüddətli kredit reytinqlərini azaldıb və onları "neqativ" proqnozlu siyahıya daxil edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA