"Elman müəllim 2 dəfə xalqı aldadıb, atalar isə üçdən deyib" - Ekspertdən dollarla bağlı anons

img

20-01-2016 [13:15]


"Neft dövlət büdcəsində 30 dollardan hesablansa, dolların məzənnəsi 2,25 manata qalxacaq". 

Mia.az bildirir ki, bu fikiri iqtisadçı Natiq Cəfərli bildirib.

O, Mərkəzi Bankın sədri Elman Rüstəmovun Milli Məclisdə dünənki çıxışına münasibət bildirərkən, belə deyib:

"Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov dünən dedi ki, dollar 2 manat olmayacaq. Bir də qeyd edib ki, büdcədə dəyişiklik ediləcək, neftin baza qiyməti 30 dollar götürələcək. Elman müəllim 2 dəfə xalqı aldadıb, atalar isə üçdən deyib. Amma bu dəfə aldatmır, düz deyir. 

Dollar 2 manat olmayacaq, əgər neftin büdcədə baza qiyməti 30 dollar götürülsə, dollar 2,25 manat olacaq. Neft Fondunun təsdiq edilmiş büdcəsi və 2016-cı ilin büdcə parametrləri bunu deməyə əsas verir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA