İpoteka şərtlər dəyişir, məbləğ artırılır - Sənədlər Nazirlər Kabinetindədir

img

20-01-2016 [12:35]


İpoteka ilə bağlı sənədlər artıq Nazirlər Kabinetindədir.

Mia.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.

Nazir hesab edir ki, bu sənədlərlə bağlı 3-4 günə müvafiq qərar imzalanacaq: "İlk növbədə, İpoteka Fondunun idarəetmə strukturu dəyişdirilir. Bu gün İpoteka Fondunun yeni əsaslarla qurulması vacibdir ki, o, bazara da çıxa bilsin, vəsait cəlb etsin. Bu vəsait hesabına ölkə daxilində ipoteka kreditlərinə ehtiyacı olanlara ipoteka kreditləri təqdim edə bilsin".

S.Şərifov bildirib ki, ipoteka şərtlərinin sadələşdirilməsi, məbləğin artırılması nəzərdə tutulur:

"Manatın ucuzlaşması ilə bağlı ipoteka kreditlərinin məbləğinin artırılmasına, faiz siyasətinə yenidən baxılmasına ehtiyac var".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA