Tanınmış şirkət cərimələndi - 35 min

img

18-01-2016 [16:56]


Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) "Lider Monolit” Məhdud Məsuliyyətli Cəmiyyətini cərimələyib.

DMX-nın qəbul etdiyi qərara əsasən, MMC 35 min manat məbləğində cərimə edilib. Şirkət isə həmin qərarla razılaşmayıb. Bakı Apellyasiya Məhkəməsinə müraciət edən "Lider Monolit” MMC cərimə məbləğinin 30 min manata salınmasını istəyir.
İşə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, "Lider Monolit” MMC 2005-ci ildə təsis edilib. Şirkət Bakı şəhəri və bölgələrdə tikinti, əsaslı təmir, yenidənqurma və abadlıq işlərini yerinə yetirir.
Report.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA